Maraqlı

"Sony"dən online musiqi həmləsi - 1,9 MİLYARD DOLLARLIQ ALIŞ

24 May 2018 08:15
0 Şərh     Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Sony" korporasiyası Britaniyanın məşhur "EMI Music Publishing" firmasını satın alaraq öz bəlməsinə çevirdiyini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "EMI Music Publishing" 2 milyon musiqi kompozisiyası, o cümlədən "Quenn" qrupu, Alicia Keys, P!nk kimi müğənnilərin yaradıcılığı üzərində eksklüziv hüquqlara malikdir.

"Sony Corp." BƏƏ-nin "Mubadala İnvestment" fondu ilə 1,9 milyard dollarlıq anlaşma nəticəsində Britaniya şirkətinin səhmlərinin 90%-nə sahib olacaq. Qalan hissə isə Maykl Ceksonun varislərinə məxsusdur. Bu alışdan sonra "Sony Corp." pullu musiqi xidmətlərindən əldə etdiyi gəlirləri ciddi şəkildə artıra biləcəyini düşünür. "Bu yatırımlar bizim intellektual mülkiyyət sahəsində mövqelərimizi möhkəmləndirəcək. Biz dünyada musiqi satan ən böyük şirkətlərdən birinə çevriləcəyik", - deyə korporasiyanın prezidenti Kenyitiro Yosida bildirib. 

Cari maliyyə ilində "Sony" öz musiqi biznesindən 112 milyard yen (1 milyard dollara yaxın) gəlir gözləyir. 2020-ci maliyyə ilində isə şirkət bu sahədə gəlirlərini 130 milyard yenə (1,2 milyard dollar) yüksəltməyi planlaşdırır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.