Maraqlı

Elon Mask Marsa ekspedisiya aparacaq gəmini göstərdi - VİDEO

24 May 2018 08:05
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SpaceX" şirkətinin yaradıcısı Elon Mask pilot missiyası həyata keçirəcək kosmik gəmi - "Crew Dragon"un yekun dizaynının fotosunu paylaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  gəmi Beynəlxalq Kosmik Stansiyaya ekipaj və yük daşıyacaq. Hazırda bu işlə Rusiyanın "Soyuz" gəmisi məşğul olur.

"Crew Dragon" 2013-cü ildən hazırlanır. Onu həm içəridən, həm də Yerdəki mərkəzdən idarə etmək mümkündür. Əsas testlər yekunlaşdıqdan sonra gəmi avqustda Kanaveral burnundakı kosmodroma göndəriləcək və sınaqlar orada davam etdiriləcək. 2024-cü ildə İ. Mask bu gəmi vasitəsilə Marsa ekspedisiya göndərmək fikrindədir.

"SpaceX" planlaşdırır ki, gəmini Yerə qaytararaq təkrar istifadə etmək mümkün olacaq. Şirkət 2015-ci ildə gəminin daxili dizaynını da nümayiş etdirmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elon Mask Marsa ekspedisiya aparacaq gəmini göstərdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.