Maraqlı

Microsoft süni intellektə diqqəti artırır

24 May 2018 08:21
0 Şərh     Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri olan "Microsoft Corp" süni intellekt sahəsində Çinin universitetləri, müəssisələri və elmi-tədqiqat institutları ilə əməkdaşlığı genişləndirməyə çalışır. Bu haqda "China Daily" qəzeti məlumat yayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Çin ən dinamik inkişaf edən bazarlardan biridir, 400 mindən çox yerli proqram təminatı istehsalçısı müxtəlif proqramların yaradılması üçün "Microsoft"un platforma və texnologiyalarından istifadə edir, onların 100 mindən çoxu isə süni intellekt sahəsində həllər hazırlayır" - qəzet şirkətin icraçı vitse-prezidenti Harri Şumdan sitat gətirib. "Çinlə əməkdaşlığı genişləndirməklə biz ölkə bazarında yeni imkanlar yaratmağa ümid edirik" - o deyib.

Məlumata görə, ABŞ şirkəti yaxın gələcəkdə Çinin "China Mobile" rabitə provayderi, "DJI" dron istehsalçısı, həmçinin Pekin universiteti ilə əməkdaşlığa başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.