Maraqlı

Microsoft yeni şirkət aldı

24 May 2018 08:11
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyası süni intellekt sahəsində həllərlə məşğul olan "Semantic Machines" şirkətini satın alıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu haqda "Microsoft"un bloqunda məlumat verilib. Sövdələşmənin məbləği açıqlanmayıb. Məlumata görə, "Semantic Machines" şirkətinin süni intellekt sahəsində həlləri "Cortana" adlı səsli köməkçi, həmçinin "Azure Bot" və "Xiaolce" xidmətlərinin inkişafında istifadə ediləcək. Bundan başqa, "Microsoft"un nümayəndəsi bildirib ki, korporasiya Berklidə süni intellekt sahəsində tədqiqatlar üçün mərkəz yaratmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, "Semantic Machines" şirkəti 2014-cü ildə təsis edilib.

Sözügedən şirkətdə yaradılmış texnologiyalar çatbot və səsli köməkçilərə istifadəçi ilə daha təbii ünsiyyət qurmağa imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.