Maraqlı

Bu qurğu psixi xəstə uşaqlara kömək edəcək - VİDEO

24 May 2018 08:01
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni "Mightier" oyun platforması oyunların uşaqların psixikasına təsir göstərməsi faktını sübut edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tərtibatçıların sözlərinə görə, yeni platforma psixi xəstəlikdən əziyyət çəkən uşaqlara kömək edəcək. Həmçinin qeyd olunur ki, mütəxəssislər tərəfindən platformanın bəzi hallarda dərmanlardan daha effektiv olmasını göstərən bir sıra tədqiqatlar keçirilib.

Eyni zamanda tərtibatçılar qrupu bildirib ki, "Mightier" platformasında oyun sessiyası zamanı uşağa "Fitbit" və ya "Apple Watch" qurğusunu xatırladan və vəzifəsi nəbzin ölçülməsindən ibarət xüsusi cihaz geyindirilir. Ürək döyüntüsünün ritmindən asılı olaraq platforma uşağın nəbzini və emosional vəziyyətini balanslaşdırmaq üçün oyunun format və tipini ölçür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu qurğu psixi xəstə uşaqlara kömək edəcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.