Maraqlı

Eşitmə qüsurlu insanlar üçün sosial şəbəkə "bələdçisi" - VİDEO

24 May 2018 07:31
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Corciya Dövlət Universitetinin mühəndisləri internetdə jestlərlə ünsiyyətə imkan verə "Fingerping" üzüyünün prototipini təqdim ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, texnologiyanın ilkin hazırlanma mərhələsində qurğu baş barmağa taxılan xüsusi ötürücü şəklindədir. O, məkanda biləyin və barmaqların vəziyyətini müəyyənləşdirən sensorlarla təchiz edilib. Bunun sayəsində qurğu insanın jestlər dilində nəyi ifadə etdiyini oxuya bilir. Buna uyğun olaraq istifadəçinin bütün informasiyası əvvəlcə kompüterə, sonra internetə ötürülür.

Qurğu yaradıcısı Çen Çjan bildirib ki, "Fingerping" eşitmə qüsurlu insanlar üçün rahat ünsiyyət vasitəsindən istifadəyə kömək edəcək. Həmçinin qurğu fiziki baxımdan klaviaturada mətni yığmaqda çətinliklərlə üzləşən artrit xəstəliyindən əziyyət çəkən insanlar üçün faydalı olacaq.

Hazırda prototip şəklində mövcud olan "Fingerping" qurğusunun satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Eşitmə qüsurlu insanlar üçün sosial şəbəkələrdə ünsiyyət vasitəsi kəşf edilib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.