Maraqlı

Bürcünüz ən gizli niyyətləriniz və düşüncələriniz haqqında NƏ DANIŞIR?

21 Aprel 2019 20:20
5 Şərh     Baxış: 3 601

Yer üzündə oxşar xarakter cizgiləri və davranış stereotipləri olan minlərlə insan doğulur. Astroloqlar belə oxşarlığı mübahisəsiz fakt - doğum tarixi və planetlərin mövqeyinin insanın taleyinə təsiri ilə izah edirlər.

Milli.Az bildirir ki, insanların zodiak işarələrinə görə xüsusiyyətlərini öyrənməklə, yadda saxlamaq lazımdır ki, insan bu və ya digər zodiak işarəsinin son üç günündən birində anadan olarsa, o zaman özündən sonrakı bürcün xarakterik cizgilərini daşıyır.

Qoç

Qoçlar bütün dünyanı öz əllərinə ala bilər. Onlar inadkardır və qarşıya qoyduğu məqsədlərə nail olurlar. Onlar bir qayda olaraq, bir az lovğa, amiranə və istehzalıdır. Lakin başqalarının fikirlərini də dinləməli olduğunuzu unutmayın.

Buğa

Buğalar ilk baxışda inadkar görünə bilər, sadəcə onların xoşuna gəlir ki, öz istədikləri kimi hərəkət etsinlər. Onlar üçün loyallıq və etimad vacibdir. Unutmayın ki, siz hərəkət etməli və dəyişməlisiniz.

Əkizlər

Əkizlər ikili şəxsiyyətlərdir, bu, onların fikirlərini tam müəyyən edilməsini çətinləşdirir. Onlar bir qayda olaraq, xarizmatikdir. Ümumilikdə bu bürcün nümayəndələri sadəcə yaxşı vaxt keçirməyi xoşlayır.

Xərçəng

Xərçənglər pərdə arxasında gizlənməyi üstün tutaraq öz iç üzünü göstərməkdən imtina edir. İcazə verin ki, yarınız sizə şəfqət və qayğı göstərsin. Öz düşüncələrinizin dərinliklərində gizlənməyin.

Şir

Şirlər öz hisslərini heç vaxt gizlətmir, onlar diqqət mərkəzində olmağı və hər şeyi olduğu kimi danışmaq istəyirlər. Onlar bir az kobud və xoşagəlməz görünür. Onlarda kim olduqlarına dair güclü hiss var.

Qız

Qızlar məntiqli mütəfəkkirlərdir. Bu bürcün nümayəndələri gözəl insanlardır, əgər baş çıxara bilmədiyiniz böyük probleminiz varsa, onlara müraciət edin, sizə mütləq kömək edəcəklər. Lakin rəğbətinizi itirməmək üçün bu qədər məntiqli olmağa çalışmayın.

Tərəzi

Tərəzilər hər şeydə tarazlığa olan məhəbbəti ilə tanınır və öz yaradılışına uyğun olaraq hərəkət edirlər. Onlar öz xoşbəxtliyini gözləmir, onu özləri yaradırlar.

Əqrəb

Əqrəblərin davranışı tez-tez insanları hədələyir. Onlar bir qədər müəammalıdır, hətta dərin söhbətdən sonra da onları tanımaq çətin ola bilər. Onlar vəziyyətdən asılı olaraq tamamilə başqa bir adama çevrilə bilirlər.

Oxatan

Oxatanlar çox güclü şəxsiyyətlərdir. Onlar macəraları sevir, daim hərəkətdə olur və yeni stimullara ehtiyac duyurlar. Bu bürcün nümayəndələrinə onların fikirlərini dəstəkləyə bilən insanlar lazımdır.

Oğlaq

Onlar tez-tez daxili duyğularına məhəl qoymurlar ki, sadəcə öz işlərini rahat yerinə yetirə bilsinlər. Amma öz fikirlərini dinləməyi öyrənməyin vaxtı çatıb.

Dolça

Siz hisslərə üstünlük verirsiniz. Səyahət edir, yeni mədəniyyətlər və ideyalarla tanış olursunuz. Odur ki, dünyanın zehninizi müxtəlif üsullarla işıqlandırmasına icazə verin.

Balıq

Balıqlar simpatikdir, amma özünü anlamaqla problemləri var. Onlar bir qayda olaraq buqələmundur və daim öz fikirlərini dəyişirlər. Bu bürclər çox həssas və qayğıkeşdir. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    king · 21 Aprel 21:0700

    xarizma sokur))ehhh neyise

    Cavab yaz
  • Anonim
    asi · 21 Aprel 22:1214

    Tərəzi 1-5 yaş - Hər iki nəslin ilk və biraz gecikmə ilə səbirsizliklə gözlənilən ən sevilən nəvəsi..Tərəzi 5-7 yaş- müharibə və köçkün həyatı..Tərəzi-7-8 yaş- ilk məktəb və sonrakı gözəl illərin davamı..Tərəzi 15-17 yaş - dünyanın mənim olduğunu zənn etdiyim xoşbəxt dövr..Tərəzi 17- heç gözləmədiyi zamanda elçilik.T 18 yaş-hələki elçilərə yox deyir. . T 19 yaş- Atanın sözündən çıxa bilmir və ailə qurmaq.. T 20 yaş - ilk övlad və xoşbəxt, sevilən tərəzi..T 22 yaş- Tərəzinin həyatda hər kəsdən çox sevdiyi Ata itkisi və ondan sonra 180 dərəcə dəyişib başqa bir insana çevrilən tərəzi..22 yaşdan sonra- bağışlamayan, barışmayan, əməl etməyən, kinli, qürurlu, tərs, soyuqqanlı insan.. Belədə insanın daha dəyərli olduğunun fərqinə varan tərəzi..Özünü əlçatmaz etdikcə daha çox sevildiyinin fərqinə varan tərəzi..Tərəzilərdən bir dənədi)))...

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 21 Aprel 22:5100

    Tak çto,problemi olanlar çəkinmədən müraciət edə bilər:)).

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 22 Aprel 07:1111

    Qoclar dübbedüz Amma basqalarinin fikrin dinleyende meslehetin edende alinmir Öz bildiyimi edende her zeman uduram.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.