Maraqlı

Kənan gizlətmək istəsə də, mümkün olmadı

23 May 2018 23:24
3 Şərh     Baxış: 2 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Kənan İmirzalıoğlu yenə hərəkəti ilə nə qədər səxavətli olduğunu nümayiş etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Ankarada Ramazanın son həftəsində 7 ayrı-ayrı əyalətdə iftar vermək fikrindədir.

Artıq bununla bağlı hazırlıq işləri görən Kənan həmin əyalətlərdə çadır qurduracaq. İmirzalıoğlu bunu gizli saxlamağa çalışsa da, amma əyalət camaatı xəbəri yayıb.

Qeyd edək ki, bu, Kənanın ilk xeyriyyə əməli deyil. O, ötən il "Qurban bayramı"nda gizlicə qoyun kəsdirərək kasıblara paylayıb. Bundan başqa, bu il "Analar günü"ndə həayt yoldaşı Sinem Koballa birgə bazarlıq edərək üçəmi olan bir kasıb ailəyə baş çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.