Maraqlı

Canlı yayıma şalvarsız qatıldı - VİDEO - FOTO

23 May 2018 13:47
8 Şərh     Baxış: 2 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın ən populyar teleaparıcılarından olan yazıçı Ben Foql dünən "Good Morning Britain" səhər teleşousuna qatılmışdı.

Milli.Az The Sun-a istinadən bildirir ki, 44 yaşlı Foql canlı yayıma çox qısa şortda qatılıb. Studiyada yüksək kresloda oturan Foql son məcarsından, Everest dağının zirvəsini fəth etməsindən danışıb.

Kresloda oturmuş Foqla baxan tamaşaçılar onun şalvarsız olduğunu düşünüblər.

Sosial şəbəkələrdə dərhal "çılpaq" teleaparıcının əks olunduğu skrinşotlar yayılmağa başlanıb.

"Foqla şalvar geyinməyi unutduğunu kimsə deyib?!" - Sosial şəbəkə istifadəçiləri yazıblar.

Bir müddət sonra aparıcılar da Foqlun görkəminə işarə vuraraq "Everesti fəth edəndə ayaqlarınızın dərisinin belə "yanması"na necə nail oldunuz?" soruşublar.

Foql gülərək deyib: "Məni belə kresloya oturdacağınızı düşünmürdüm. Masa arxasında olacağıma ümid edirdim".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı yayıma şalvarsız qatıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.