Ərik çəyirdəyi barədə məlumatlara b.e.ə. 3000 ildən qalma Çin əlyazmalarında rast gəlinib. Bu da ərik çəyirdəyi yağının qədim tarixə malik olmasının göstəricisidir. Ərik çəyirdəyi yağı bütün dünyada məşhur olan yağlardandır. Onun faydalarından bizim eraya qədər avropalılar da istifadə edib. Ərik çəyirdəyi yağı əriyin çəyirdəyindən alınır. Sənaye yolu ilə ərik çəyirdəyi yağını alarkən alça və gavalı çəyirdəklərinin də qarışımından istifadə edilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, ərik çəyirdəyi yağı açıq sarı rəngdə, şəffaf və xüsusi qoxuya malik olur. Onun tərkibi isə badam və şaftalı çəyirdəyi yağına çox bənzəyir. Ərik çəyirdəyi yağı alarkən onun qablaşdırılmasının üstündə olan yazılara, yağın istehsal tarixinə diqqət yetirmək lazımdır. Ərik çəyirdəyi yağını şüşə qabda, ağzı qapalı şəkildə və gün şüalarından uzaq məsafədə saxlamaq lazımdır. Bu qayda ilə yağı 6-12 ay ərzində saxlamaq mümkündür. 100 qram ərik çəyirdəyi yağının tərkibində 100 qram yağ və 884 kKalori var.
Ərik çəyirdəyi yağının faydalı xüsusiyyətləri
Ərik çəyirdəyi yağının tərkibi doymamış yağ turşularından ibarətdir. Onun 60%-i olein, 30% isə linolen yağ turşusundan ibarətdir. Tərkibindəkilər ərik çəyirdəyi yağının antioksidant təsirə malik olduğunun göstəricisidir. Ərik çəyirdəyi yağı dərini daxildən və xaricdən toksiki maddələrdən qorumaq qabiliyyətinə malikdir.
Onun tərkibi kalium və maqnium mineralları ilə zəngindir. O maddələr mübadiləsini yaxşılaşdırır. Yağın tərkibi yağ turşuları və vitaminlərlə çox zəngindir. Tərkibində olan A vitamini dərinin elastikləşməsinə, dərinin piy mübadiləsinin normallaşmasına, dərinin sakitləşməsinə və dəri səpgilərinin sağalmasına səbəb olur.
Ərik çəyirdəyi yağının tərkibində olan B qrup yağları dərinin rəngini yaxşılaşdırır, dərini xarici zərərlərdən qoruyur və C vitamini isə qidalandırır.
Ərik çəyirdəyi yağının tərkibində aktiv şəkildə F vitamini var. Bu vitamin yağ və turşu mübadiləsini normallaşdırır, dəridəki quruluğu aradan qaldırır və dəri səpgilərini sağaldır. F vitamini saçların və baş dərisinin də sağlamlaşmasına səbəb olur, kəpəyi yox edir.
Ərik çəyirdəyi yağının faydalı xüsusiyyətləri
Ərik çəyirdəyi yağından şişlərin və yaraların sağalması üçün istifadə edilir. Şərq təbibləri bu yağla babasili, qulaq ağrılarını müalicə edirlər. Bu yağ dəridə olan iltihabi proseslərin aradan qalxmasına səbəb olur. Dəridə olan çapıqların və yanıq izlərinin aradan qalxması üçün ərik çəyirdəyi yağından istifadə etməkdə fayda var. Oynaq ağrıları zamanı lavanda və ərik çəyirdəyi yağının qarışımını ağrıyan nahiyəyə sürtdükdə ağrılar aradan qalxır.
XVI əsrdə ərik çəyirdəyi yağı qızıl qiymətinə olub. Günəş şüaları səbəbindən meydana gələn ləkələri ərik çəyirdəyi yağı ilə limon yağı qarışımını sütrməklə aradan qaldırmaq mümkündür.
Kosmetologiyada istifadəsi
Ərik çəyirdəyin yağı dəriyə yumşaldıcı və qidalandlırıcı təsir göstərir. Bu yağ allergiya əmələ gətirmir, dəriyə toksiki təsir etmir. Onu asanlıqla digər yağlarla qarışdırıb dəriyə sürtmək mümkündür. Bu yağ dəridəki quruluğu aradan qaldırır, xırda qırışların açılmasına səbəb olur, həssaslığı azaldır. Ərik çəyirdəyi yağı dərinin qocalmasının qarşısını alır. Yağdan dərinin təmizlənməsi üçün də istifadə edilir. Onu üzə sürtüb 20 dəqiqə saxladıqdan sonra isti su ilə yuduqda dəri təravətlənir. Davamlı olaraq saçlara ərik çəyirdəyi yağı sürtmək saçları möhkəmləndirir, saç dərisində olan poroblemlərin aradan qalxmasına səbəb olur. Buna nail omaq üçün saçları yumazdan əvvəl ona ərik çəyirdəyi yağı sürtmək və 20-30 dəqiqə saxlamaq lazımdır. Sürtən zaman isə onu saç dərisinə yüngül massaj edərək yedirmək lazımdır.
Yağ dərini ultrabənövşəyi günəş şüalarından qoruyur.
Ərik çəyirdəyi yağından sellüid əleyhinə massaj vasitəsi kimi istifadə edilir. Bunun üçün aşağıdakı qarışım hazırlanır:
* 3 damcı limon yağı
* 3 damcı qreypfurt yağı
* 4 damcı bibəriyyə yağı
* 1 xörək qaşığı ərik çəyirdəyi yağı
Bir-neçə kosmetik maska resepti
Problemli dəri üçün maska
Bir xörək qaşığı ərik çəyirdəyi yağı ,1 damcı lavanda yağı,1 damcı çay ağacı yağı və limon yağı qarışdırılaraq üzün dərisinə sürtülür, 20 dəqiqə sonra dəri yuyulub qurulanır.
Dəridə olan yorğunluğu aradan qaldırmaq üçün ərik çəyirdəyi yağı çobanyastığı dəmləməsi ilə qarışdırıb üzə sürtmək lazımdır.
Dərini qidalandırmaq üçün ərik çəyirdəyi yağı itburnu yağı ilə qarışdırılır və üzə sürtülür.
Əllər və dırnaqlarda quruluq varsa ərik çəyirdəyi yağı və yulafla qarışım hazırlayıb sürtmək lazımdır.
Yumurta sarısı konyak və ərik çəyirdəyi yağını qarışdırıb saçlara sürtdükdə saçlardakı quruluq aradan qalxır.
Saçların tez bir zamanda uzanması üçün yumurta sarısı, mayonez və ərik çəyirdəyi yağını qarışdırıb saçlara sürtmək və 20 dəqiqə sonra yumaq lazımdır.
Tökülmüş saçların yerinə yenilərinin tez bir zamanda gəlməsi üçün aloe şirəsi, ərik çəyirdəyi yağı, bal və yumurta sarısının qarışımından hazırlanan maskadan istifadə etmək lazımdır.
Milli.Az
Maraqlı
Ərik çəyirdəyi yağının faydaları
26 May 2018 23:20
0 Şərh
Baxış: 12 818
DİGƏR XƏBƏRLƏR
- Cazibədar bədən quruluşu ilə gənc qızlara meydan oxudu - FOTO
- Niyaməddin Musayev Mələkxanımın şad günündə - VİDEO
- Tom Kruzun bu hərəkəti gündəm oldu - FOTOlar
- İrina Şeykdən “Formula-1” FOTOSESSİYASI
- Paltaryuyanın bu iki düyməsini eyni anda basın: az adamın bildiyi özəllik
- Sağalmaz xəstəliyə düçar olan müğənni yarıçılpaq pozlar verdi - FOTO
XƏBƏR LENTİ
- Tural və Anar Məmmədxanovun arxiv FOTOsu
- “Yuventus” finalda
- KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir
- Argentina İranın nazirinin həbsini tələb edir
- Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb - - FOTO
- "Sandık kokusu"nda yeni aktrisa - - FOTO
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
- Xalq artisti Tünzalə Ağayeva dəyişdi - VİDEO
- PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
- Məşhur festival bu məbləğdə cərimələnib
- 15 gündə qarın piyini əridən içki
- Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - - FOTOlar
- Ermənistanda polis zorakılığı artır - Freedom House
- Deputatın köməkçisi casus çıxdı: həbs olundu
- Bu yay üçün REKORD İSTİLİK gözlənilir
- Xalq artistinin bahalı avtomobili - FOTOlar
- "Arsenal" "Çelsi"ni darmadağın etdi
- Zalujnı nə vaxt Londonda işə başlayacaq?
- Hizbullah İsrail ərazisinə kütləvi zərbələr endirir
- Türk hərbi gəmisi Moqadişu limanında: prezident qarşıladı
- Cazibədar bədən quruluşu ilə gənc qızlara meydan oxudu - FOTO
- Senat Ukrayna, İsrail və Tayvana yardımı təsdiqlədi
- Milanda gecə saatlarında pizza yemək qadağan olunur