Maraqlı

Lotereyada 4 milyona yaxın dolları iki nəfər udub

20 May 2018 23:34
3 Şərh     Baxış: 2 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada "Atlantic Lottery" assosiasiyasının keçirdiyi "6/49" milli lotereyasında iki kanadalı 5 milyon kanada dolları (4 milyona yaxın ABŞ dolları) udub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qalib olan iki nəfər uduşu aralarında bölməli olacaqlar. Uduşlu biletlər Kanadanın Manitobe, Sakaçevan və Alberte əyalətlərində satılıb.

Ənənəvi "təsəlliverici uduşu" Ontario əyalətinin sakini qazanıb (780 min ABŞ dolları).

Qeyd edək ki, Kanada tarixində ən böyük cek-pot - 49,5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.