Maraqlı

Meqan Marklın toy stili - 135 minlik gəlinlik

20 May 2018 14:17
0 Şərh     Baxış: 2 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya şahzadəsi 32 yaşlı Harri ilə 36 yaşlı aktrisa Meqan Marklın toyu ötən gün baş tutub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, mərasimdən sonra bütün dünya gəlinin libasını, tacını müzakirə etməyə başlayıb. 

Meqan nikah mərasimi keçirilən yerə qədim "Rolls-Royce"da gəlib. Avtomobildən enən aktrisanın libasını nəhayət ki, bütün dünya görüb. Marklın seçimi sadə, uzun şleyfli, çiyniaçıq paltar olub. Paltarı "Givenchy" moda evinin məşhur dizayneri hazırlayıb. 135 min dollar dəyəri olan gəlinliyin pulunu aktrisa özü ödəyib. 

Meqanın ağ gəlinliyini 5 metr uzunluğu olan fata tamamlayıb. Deyilənə görə, fatanı hazırlayanlar hər 5 dəqiqədən bir əllərini sabunla yuyublar. Fataya Millətlər Birliyinin 53 ölkəsinin simvolu olan çiçəklər nəqş edilib.

Aktrisa kraliça II Yelizavetanın nənəsi kraliça Merinin tacından istifadə edib.

Mərasimdə ən çox diqqət çəkən məqamlardan biri də nişan üzüyü idi. Üzük məşhur uels qızılından hazırlanıb. Onu isə II Yelizabeta verib. Harrinin üzüyü isə platindən düzəldilib. Akssesuar sevməyən Meqan "Cartier" brendinin sadə sırğa və qolbağısından istifadə edib. 

Marklın gül dəstəsi də müzakirə olunanlar sırasında idi. Harri toydan bir gün əvvəl sarayın baxçasını gəzərək, anası, mərhum şahzadə Diananın sevdiyi gülləri dərib və gül dəstəsi bundan hazırlanıb. 

Saç düzümü və makiyajını isə Meqan yaxın dostu, məşhur vizajist Danie Martinə həvalə edib. O, makiyajda yüngül tonlardan istifadə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.