Maraqlı

Sabiq baş nazirin evlərindən milyardlar və çantalar çıxdı - FOTO

18 May 2018 17:35
1 Şərh     Baxış: 2 682

Malayziyada polis ölkənin sabiq baş naziri Nəcib Rəzzaq və xanımı Rosma Mənsura məxsus evlərdə mənzillərdə axtarışlar aparıb.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, axtarışlar zamanı evlərlə mənzillərdə içi pullar və zinət əşyaları ilə dolu 72 çamadan, habelə məşhur brendlərin istehsalı olan 284 çanta aşkarlanıb.

N.Rəzzaq vəzifə səlahiyyətlərindən sui-istifadədə, rüşvətxorluqda və çirkli pulların yuyulmasında suçlanıb.

Bernama-nın verdiyi xəbərə görə, 284 çanta "Birkin", "Hermes" və "Louis Vuitton", habelə digər məşhur brendlərin məhsullarıdır. Çantaların qiyməti 12-300 min dollar arasındadır.

Rəzzaqa məxsus 6 ev və mənzildə axtarışlar davam edir. Bu mənzilllər arasında ən ucuzu, paytaxt Kuala-Lumpurda yerləşən 6 otaqlı apartamentin dəyəri 8,9 milyon dollardır.

Nəcib Rəzzaqla bağlı araşdırma Malayziyanın 1MDB dövlət investisiya fondu ilə bağlı qalmaqaldan sonra başlanıb. Sabiq baş nazirin yaratdığı fondun fəaliyyətinin 2015-ci ildə araşdırılması 4,5 milyard dolların mənimsənimləsini aşkarlanıb.

The Wall Street Journal bildirir ki, həmin pulların 700 milyon dolları Nəcib Rəzzaqın hesablarına köçürülübmüş.

Qalmaqal yaranandan sonra N.Rəzzaq baş nazir müavinini, baş prokuroru və 4 naziri işdən kənarlaşdırmışdı.

Mayın 10-da isə onun özü istefa vermək məcburiyyətində qalıb.

Ölkənin yeni baş naziri, 91 yaşlı Mahathir Məhəmməd sabiq hökumət rəhbərinin cinayət məsuliyyətinə cəlb olunacağını deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    BB. · 18 May 19:4300

    Xi-xi-xi-xi !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.