Maraqlı

Ən faydalı tərəvəz hansıdır?

17 May 2018 21:05
0 Şərh     Baxış: 2 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün tərəvəzlər insan sağlamlığı üçün faydalıdır.

Alimlər tərəvəzləri meyvələrdən daha faydalı hesab edir və gün ərzində meyvə deyil, daha çox tərəvəz yeməyi tövsiyə edirlər.

Bir çox qida mütəxəssisləri, diyetoloqlar və həkimlər brokkoli kələmini tərəvəzlər arasına ən xeyirli hesab edir. Bunun səbəbləri çoxdur. Vitamin, minerallar və qidalı liflərlə zəngin olan brokkoli kələmi bütün orqan və sistemlərin fəaliyyətinə müsbət təsir edir, insanın ömrünü uzadır.

Milli.Az saglamolun.az-a istinadən sizə brokkolinin faydalarını təqdim edir:

- mübadilə proseslərini tənzimləyir

- bağırsaqların normal fəaliyyətinə kömək edir

- ürək-damar sistemi üçün faydalıdır, infarkt və insultun riskini azaldır

- immun sisteminin fəaliyyətini stimullaşdırır

- xərçəng xəstəliklərinin (xüsusilə düz bağırsaq, yumurtalıqlar, süd vəzi xərçəngi) riskini azaldır

- depressiya ilə mübarizə etməyə kömək edir

- dərinin vəziyyətini yaxşılaşdırır

- arıqlamağa kömək edir.

Bütün bunları nəzərə alaraq mütəxəssislər brokkolini mümkün qədər tez-tez yeməyi tövsiyə edir. Brokkoli kələmini salatlara əlavə etmək, ət və toyuqla qarnir kimi yemək olar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.