Maraqlı

ABŞ-ın Aviasiya Administrasiyası: Azərbaycanda uçuşların təhlükəsizliyi yüksək səviyyədədir

17 May 2018 11:52
Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) Azərbaycan üçün uçuşların təhlükəsizliyinin təmin olunmasına nəzarət sahəsində "1-ci kateqoriya"nı təsdiq edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.

2014-cü ildə uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində aparılmış qiymətləndirmə nəticəsində ilk dəfə təqdim olunan bu səviyyə Azərbaycan aviaşirkətlərinin ABŞ-a birbaşa müntəzəm uçuşlara başlamalarına imkan verib. 2017 və 2018-ci illərdə Çikaqo Konvensiyasının beynəlxalq standartlarının tələblərinə uyğunluq qiymətləndirildikdən sonra ali "1-ci kateqoriya" Azərbaycan üçün qüvvədə saxlanılıb.

FAA tərəfindən "1-ci kateqoriya"nın təsdiqi Azərbaycan rəhbərliyinin uçuşların təhlükəsizliyinin təmin olunmasına və mülki aviasiya sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.