Maraqlı

Rusiyalı müğənni İsrailə buraxılmadı

17 May 2018 10:23
0 Şərh     Baxış: 1 025

Məşhur rusiyalı müğənni Qriqori Leps İsrailə buraxılmayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bunu Knessetin deputatı Yuliya Malinovskaya öz sosial media hesabında yazıb.

"Polisin nə üçün məşhur rusiyalı müğənninin ölkəyə girişi məsələsi ilə məşğul olduğunun izahını tapa bilmirəm. Lepsin İsrail turunun şokda olan təşkilatçısı bununla bağlı mənə müraciət edib", -  o bildirib.

Yuliya söyləyib ki, müğənnini müşayiət edəcək 17 musiqiçi və texniki işçi ölkəyə daxil olmaq üçün problemsiz şəkildə yazılı icazə alıb. Yeganə Lepsi İsrailə buraxmayıblar.

Onun sözlərinə görə, Lepsin İsraildəki konsertinə üç mindən çox bilet satılıb.

Qeyd edək ki, 2013-cü ildə ABŞ da Lepsin ölkəyə girişinə qadağa qoymuşdu. ABŞ hakimiyyəti onu Şərqi-Avropa mafiyaları ilə əlaqələrdə və cinayətkarlar üçün külli miqdarda nəğd pul daşımaqda şübhəli bilirdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.