Maraqlı

Otellər müştəriləri belə aldadır - FOTO

17 May 2018 12:16
1 Şərh     Baxış: 2 453

"Otelin özü ilə bağlı yerləşdirdiyi fotolara baxanda maraqlanmaya bilmirsən. Xüsusilə də əla, füsunkar, dəbdəbəli hovuzun fotosu diqqətimi cəlb etdi. Amma reallıq..."

İngiltərənin Mançester şəhərinin sakini Cenni Kerşou Vyetnama istirahətə yollananda pərişan olub. Səbəb onun otelin fotolarına aldanması idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünyanın ən populyar səyahət və otel bronlaması saytı sayılan Booking.com-da "Mari Gold Hotel & Apartment" otelini seçmişdi.

Vyetnamın Dananq şəhərində yerləşən bu üçulduzlu otelin fotoları arasında "infiniti" tipli hovuzun görüntüsü vardı. Görüntünün üzərində "pulsuz cakuzi" də yazılmışdı.

Cenni Kerşou otelə yollanıb, amma orada "infiniti" hovuz əvəzinə kiçik, hamam otağındakı vannaya bənzəyən hidromassaj vannası görüb.

Otelin yaydığı foto ilə gerçək mənzərənin görüntüsünü paylaşan Kirşounun bu tviti çox qısa zamanda populyarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    IMF · 17 May 12:1900

    )))) maraqli sohbetdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.