Maraqlı

Tək ayaq üstə durmaq üçün ikiqat səy göstərən qəhrəmanın hekayəsi - FOTO

16 May 2018 17:35
0 Şərh     Baxış: 527

İnsanların öz arzularının və istəklərinin arxasınca getməsi onu uğura apara bilən ən gözəl yoldur. Heç bir maneə və çətinliklərə baxmayaraq məqsədə çatmaq insanı ucaldır. Xüsusilə də, belə xüsusiyyətlərin uşaqlıqdan aşılanması böyüməkdə olan bir fərdin gələcəkdə çətinliklərə sinə gərməsini daha da asanlaşdıra bilər.

Müasir dövrdə əsas problemlərdən biri fiziki imkanları məhdud şəxslərin cəmiyyətə adaptasiyası, eyni zamanda cəmiyyətin onlara qarşı həssaslığıdır.

"3 alma" uşaq ədəbiyyatının nəşr etdiyi növbəti kitab məhz bu problemin kiçik yaşlı uşaqların həyatına təsiri, onların belə halla üzləşəndə verəcəyi reaksiyası barədədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, müəllif Orxan Adıgözəlin uşaqlar üçün qələmə aldığı "Əngəlsiz arzular" əsərinin qəhrəmanı, əslində, hamımızın adi saya biləcəyi hadisə nəticəsində ayağını itirmiş balaca oğlandır. Kitabda Nihad adlı bu oğlanın həyat hekayəsi, ətrafdakıların ona fərqli münasibəti və onun bu münasibəti dəyişmək üçün apardığı mübarizə, tək ayaq üstə durmaq üçün göstərdiyi əzm, bütün əngəllərə qalib gələn arzuları, çəkdiyi zəhmət və eyni zamanda dostlarının, ailəsinin ona mənəvi yardımı təsvir olunur.

Mövzu baxımından uşaq ədəbiyyatında yeni olan "Əngəlsiz arzular" kitabı çox yaxında "3 alma" əmtəə nişanı ilə nəşr olunaraq oxuculara təqdim ediləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.