Maraqlı

“Facebook” istifadəçilərinin şəxsi məlumatları yenidən yayıldı

17 May 2018 22:15
0 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" sosial şəbəkəsinin 3 milyondan çox istifadəçisinin şəxsi məlumatları internetdə yayılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu istifadəçilər sosial şəbəkədə "myPersonality" proqram əlavəsinin testindən keçib. Psixoloji testin nəticələri Kembric Universitetinin alimləri tərəfindən elmi tədqiqatlarda istifadə olunub. Alimlər məlumatlardan istifadə etdikdən sonra onları 4 il ərzində kifayət qədər qorunmayan saytda saxlayıblar.

Bundan başqa, proqram 22 milyon istifadəçinin statuslarını və 4 milyon istifadəçinin demoqrafik məlumatlarını da toplayıb. İnsanlara xəbərdarlıq edilib ki, onların informasiyalarından anonim üsullarla istifadə oluna bilər, lakin istifadəçilərin kimliyinin gizlədilməsi üçün lazımi tədbirlər görülməyib.

"Facebook" ötən həftə "myPersonality" əlavəsini sosial şəbəkədən uzaqlaşdırıb və bu barədə araşdırma apardığını açıqlayıb. Böyük Britaniya da ayrıca təhqiqat aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.