Maraqlı

Damarların sərtləşməsinin və daralmasının qarşısını alan qidalar

15 May 2018 23:25
0 Şərh     Baxış: 2 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Damarların xroniki xəstəliyi olan ateroskleroz ürək-damar sisteminin əsas səbəblərindən biridir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ateroskleroz zamanı damarların daxilində "pis" xolesterin və kalsium yığılır ki, damarlar daralır, sərtləşir. Bunun nəticəsində damarların yırtılması, tutulması riski artır. Əgər beyin və ya ürək damarı tutular və ya yırtılarsa, bu infarkt və ya insultun inkişafına səbəb olacaq.

Təəssüf ki, uzun müddət ərzində ateroskleroz özünü büruzə vermir.

Amerika alimləri araşdırma zamanı aşkar ediblər ki, kaliumla zəngin olan məhsulların tez-tez istehlakı aterosklerozun inkişafını xeyli ləngidir, damarları qoruyur.

Əksinə isə kaliumun qidalanmada çatışmazlığı damarlarda patoloji dəyişikliklərin inkişafını daha da tezləşdirir.

Araşdırmanın nəticələrini nəzərə alaraq alimlər inlanlara damarları qorumaq məqsədi ilə kaliumla zəngin olan məhsulları qidalnamaya tez-tez daxil etməyi tövsiyə edir.

Belə məhsullar arasında: ərik qurusu, lobya, noxud, mərci, kişmiş, qara gavalı, badam, qoz, banan, kartof, xurma, ispanaq, zoğal.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.