Maraqlı

Bu ölkədə insanların 60 faizi öz qocalıqları üçün pul yığırlar

14 May 2018 23:39
2 Şərh     Baxış: 2 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"UniCredit" bankı tərəfindən aparılan araşdırma göstərir ki, 30-40 yaş arası çexlərin 60 faizi öz qocalıqları üçün pul yığırlar. Bununla yanaşı, hələ 5 il əvvəl bu yaş qrupu üzrə göstərici 50 faizi ötmürdü. Pensiya yaşında həyatlarını təmin etməkdən ötrü onlar sərmayənin müxtəlif növlərini seçirlər. Sərmayə qoymanı 40-55 yaş arası qrupun nümayəndələrindən azı 30 faizi seçir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırkı 30 yaşlı çexiyalılar nəsli hər ay 2000 kron (77 avro) kapital qoyur. Müasir texnologiya və sosial şəbəkələrdən istifadə hesabına onlar yaşlı nəsildən daha fəaldırlar, dünya bazarındakı vəziyyəti izləyirlər. 30-40 yaş arası çexlərin 75 faizi səhmlərə, qiymətli kağızlara və payçılıq fondlarına sərmayə qoymaqla maraqlanırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.