Maraqlı

Dünyanın ƏN TƏHLÜKƏLİ uşaqları: Törətdikləri cinayətlər DƏHŞƏTƏ GƏTİRİR - VİDEO

16 May 2018 21:21
4 Şərh     Baxış: 7 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlar hər ailənin həyatına xoşbəxtlik qatır. Lakin bəzən yanlış tərbiyə nəticəsində onlar nəinki xoşagəlməz hadisələrə səbəb ola bilir, hətta böyk cinayətlər də törədirlər.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, 2006-cı ildə Britaniyada fasilə zamanı xəstəxanadan bayıra çıxan tibb bacısına 16 yaşlı Stüart Harlinq tərəfindən hücum olundu. O, 27 bıçaq zərbəsi ilə qadını qətlə yetirib yoxa çıxdı. 1 il sonra həbs olunan cinayətkara ömürlük həbs cəzası verildi. Stüartın anası oğlunun video oyunların qurbanı olduğunu bildirdi.

Ötən əsrin 1957-ci ildə İngiltərədə dünyaya gəlmiş Meri Belin gələcəkdə qəddar cinayətkar olacağını heç kim xəyalına gətirmirdi. Onun atası əyyaş, anası ruhi xəstə idi. Bu şəraitdə böyüyən Merinin tərbiyəsinin düzgün qurulmaması məlum idi. O, 11 yaşında rəfiqəsi ilə birlikdə 3 yaşlı oğlanı boğub öldürdü. Çox keçmədi 4 yaşlı ikinci qurban da Meri tərəfindən qətl olundu. Qız onun kürəyində öz adının baş hərfini də yazmağı unutmadı. Onu həbs etsələr də, psixoloji cəhətdən sağlam olmadığına görə 1982-ci ildə azadlığa buraxıldı. İndi o, öz vətənində başqa ad altında yaşayır.

4 il öncə Anisa Veyer və Morqan Qeyser adlı iki 12 yaşlı qız meşədə öz həmyaşıdları olan Penelopa adlı qızı bıçaqlamağa başladılar. Penelopanı yaralı halda qoyub qaçsalar da, 19 bıçaq yarası almış qız sağ qaldı. Məhkəmə zamanı məlum oldu ki, qatil qızlar Slenderman adlı mifik bir obrazın işinə yaramaq üçün bu əmələ əl atıblar. Qızlar psixi xəstə hesab edilərək cəzalandırılmadılar.

12 yaşlı Kristian Fernandez 2011-ci ildə məlum olmayan səbəblərə görə özünün 2 yaşlı qardaşını döyüb öldürmüşdü. O, ömürlük həbs cəzası almış ilk ameriaklı yeniyetmədir.

3 il öncə ABŞ-ın Ohlaxoma ştatında 16-13 yaşlı Maykl və Robert Biver qardaşları öz ailələrinə zərər verdilər. Onlar öz bacı-qardaşlarını, ata-analarını bıçaqla qətlə yetirdilər. Qardaşlar ömürlük həbsə məhkum edildilər.

2006-cı ildə Kanadada dəhşətli hadisə baş verdi. 12 yaşlı Jasmin Riçardson sevgilisi 23 yaşlı Ceremi Ştaynkenin istəyi ilə öz ailəsini qətlə yetirdi. Ceremi qızın ata-anasını soyuqqanlılıqla öldürdükdən sonra, qıza öz qardaşının boğazını kəsməyi əmr etdi. Bu cinayətdən sonra Jasmin10 il, Ceremi ömürlük azadlıqdan məhrum edildi.

14 il öncə Yaponiyada 11 yaşlı məktəbli qız internet yazışmaları zamanı rəfiqəsi ilə mübahisə elədi. Adının bu günə qədər açıqlanmadığı 11 yaşlı qatil sinif yoldaşını məktəbdə öldürdükdən sonra, heç nə olmamış kimi qanlı geyimdə sinif otağına daxil olub dərsdə iştirak etmişdi.

1993-cü ildə amerikalı 13 yaşlı Erik Smit adlı məktəbli sinif yoldaşlarının onun görünüşünə lağ etmələrindən yorularaq cinayətə əl atdı. O, 4 yaşlı uşağı öldürüb sonra zorladı. Ömürlük həbs cəzası alan Erik dəfələrlə qətlə yetirdiği uşağın ailəsinə üzrxahlıq məktubları yazdı.

1949-cu ildə Leninqradda doğulmuş Arkadi Neylandın adı da dəhşətli qatillər siyahısındadır. O, 12 yaşı olanda 37 yaşlı ananı və onun 3 yaşlı oğlunu baltalayaraq evlərini qarət etmişdi. 15 yaşı olanda ona edam cəzası verildi və güllələndi.

1997-ci ildə iki məktəblinin ABŞ-da Kolumbayn məktəbində məktəbliləri kütləvi qətliam etməsi azyaşlı cinayətkarlar arasında ən qanlı hadisə hesab olunur. 18 yaşlı Erik Hariss və 17 yaşlı Dilan Klibold təcavüzkar video oyunlarının həvəskarları və psixikasında problemi olan adamlar kimi tanınırdılar. Onlar odlu silah və əl qumbaraları ilə daxil olduqları məktbdə 15 nəfərin ölümünə səbəb oldular. Bu hadisədə 24 nəfər yaralandı və hadisədən sonra qatillər özlərini də öldürdülər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

10 САМЫХ ОПАСНЫХ ДЕТЕЙ В МИРЕ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.