Maraqlı

Toyuq yumurtasının faydaları

15 May 2018 23:50
0 Şərh     Baxış: 3 175

Toyuq yumurtası quş yumurtaları arasında ən çox istifadə edilən yumurtadır. Müxtəlif növlərə mənsub olan toyuqların müxtəlif cür yumurtaları olur. Yumurtaların rəngi, ölçüsü və quruluşu onların növlərindən asılı olaraq fərqli olur. Toyuq orta hesabla 24-25 saatdan bir yumurtlayır. Ağ toyuqların yumurtasının rəngi ağ, rəngli toyuq yumurtalarının rəngi isə sarı və ya daha tünd olur. Yumurtaların rəngi müxtəlif olduqlarına baxmayaraq, onların qidalandırıcılıq dəyəri eyni olur.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, yumurtanın ölçüsü toyuğun yaşından və cinsindən asılı olaraq fərqli olur. Daha iri ölçüyə malik olan toyuqların yumurtaları iri olur. Yumurtanın ölçüsünə toyuğun temperaturunun, zəif qidalanmasının da təsiri böyük olur. Yumurtanın sarı hissəsinin rəngi toyuğun yediyi qidalardan asılı ola bilir. Belə ki, tərkibində boyaq maddələri olan bitkilərlə qidalanan toyuğun yumurtası tünd sarı rəngdə olur.
100 qram toyuq yumurtasının qida dəyəri:
- Zülallar - 12,7 qr
- Yağlar - 11,5 qr
- Karbohidratlar - 0,7 qr
- Su - 73,5 qr
- Kalori - 159 kKal.
Toyuq yumurtası orqanizm tərəfindən 97-98% sorula bilən və bağırsaqlarda şlakların yığılmamasına səbəb olan yeganə qida vasitəsidir. Toyuq yumurtası orqanizmin normal funksiyalarını yerinə yetirməsinə yardım edən qidalardandır. Toyuq yumurtasının tərkibi amin turşuları, makro və mikro elementlərlə zəngindir. Onun tərkibi kalsium, maqnium, fosfor, kalium, natrium, xlor, kükürd, dəmir, sink, marqanes, yod, xrom, ftor, bor, miolibden, kolbat , E, C,D, A, H, PP, K və digər vitraminlərlə zəngindir. Yumurta sarısı D vitamini ilə zəngindir. Gün ərzində ən azı 1 ədəd yumurta yemək orqanizm üçün çox faydalıdır. Bu yorğunluğun, pis əhval-ruhiyyənin aradan qalxmasına səbəb olur, qaraciyərin və öd yollarının işini normallaşdırır. Yumurta sarısının tərkibində olan lesitin antioksidant təsirə malikdir. O beynin işini yaxşılaşdırmaqla yaddaşı möhkəmləndirir. Onda olan E vitamini və dəmir yorğunluğu aradan qaldırır, görmə ilə əlaqədar olan problemləri həll edir. Yumurta sarısında olan xolin süd vəzi xərçənginin əmələgəlmə riskini aradan qaldırır. Onkoloqlar döş xərçənginə yaxalanmamaq üçün qadınlara gün ərzində 2-3 yumurta yeməyi məsləhət bilir. Bu xəstəliyin əmələ gəlməsinin qarşısını 24% alır. Yumurta ağının tərkibi B qrup vitaminlərlə zəngindir. Yumurta yemək beyinin fəallaşmasına, cinsi həvəsin normallaşmasına səbəb olur. Mütəxəssislər kişilərə çiy yumurta içməyi məsləhət bilir. Bu spermatozoidlərin hərəkətliliyini sürətləndirir. Tərkibində olan D vitaminin miqdarı yanlız balıq yağında olan D vitaminindən geri qalır. Yumurta ağının qida dəyəri daha çox yüksəkdir. Onun tərkibində çoxlu miqdarda zülallar var.
Yumurta yemək qanda xolesterinin miqdarını azaldır, pis xolesterinin əmələ gəlməsinin qarşısını alır. Yumurta ağını tərkibində ən çox antioksidantlar olan qidalarla müqayisə etmək olar. Yumurtanın qabığında da çoxlu miqdarda mikroelementlər var. Yumurtanın qabığında 27 növ mikroelement var. Onun üyüdülmüşündən mineral çatışmazlığı zamanı istifadə edilir. Tərkibində olan kalsiumun orqanizm tərəfindən asan sorulması üçün onu limon turşusunda saxlamaq və sonra qəbul etmək lazımdır. Yumurta qabığından istifadə etmək üçün əvvəlcə yumurtanın içərisini boşaltmaq, sonra qabığı yuyub qurutmaq lazımdır. Qurudulmuş qabıqları qəhvəüyüdən maşında üyütdükdən sonra onu həkimin təyin etdiyi miqdarda qəbul etmək lazımdır.
Yumurtanın zərərli xüsusiyyətləri
Xəstə yumurtalar orqanizmə daxil olan zaman bağırsaqlarda və qanda xəstəliklərin baş verməsinə səbəb olur. Sanitariya sahəsində işləyən həkimlər yumurtanı istifadə etməzdən əvvəl onun sabunla yumağı məsləhət bilir. Həkimlər insanlara çiy yumurtadan istifadə etməməyi mıəsləhət bilirlər. Hardvard Universitetinin həkimləri kişilərə həftədə 7-dən çox yumurta yeməyi məsləhət bilmir. Onların araşdırmaları çox yumurta yeməyin kişilərə olan ölüm riskinin 23% artırdığını söyləyirlər. Şəkərli diabet xəstələrinin yumurtadan çox istifadə etmələri onlarda insult və infarkt riskinin 2 dəfə artmasına səbəb olur.
Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.