Maraqlı

Elon Maskın tunel tikintisində son durum - AZ QALDI

15 May 2018 08:25
0 Şərh     Baxış: 930

Los Ancelesdə yüksək sürətli elektroavtobus üçün tunelin tikintisi başa çatmaq üzrədir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə layihəni həyata keçirən "Boring Company"nin rəhbəri Elon Mask "Instagram"da məlumat verib.

"Los Ancelesin altında "Boring Company"nin ilk tuneli demək olar ki, hazırdır. Tənzimləyici orqanların yekun təsdiqindən sonra biz bir neçə ay sonra test xarakterli ilk səfərlərə başlayırıq", - deyə E. Mask yazıb. O qeyd edib ki, sistem normal rejimdə fəaliyyətə başladıqdan sonra prioritet piyadalara və velosipedçilərə veriləcək. Gediş qiyməti avtobus biletindən ucuz olacaq.

Xatırladaq ki, daha əvvəl iş adamı yeni növ ictimai nəqliyyat - yeraltı elektrobus yaradacağına dair anons vermişdi. Elektrobus saatda 200 km sürətlə hərəkət edəcək. Layihə çərçivəsində park yeri boyda minlərlə balaca stansiya yaradılacaq. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.