Maraqlı

Süni intellektli Xiaomo AI Camera satılır

15 May 2018 08:21
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ cari ilin martında "Xiaomi" şirkəti süni intellektə malik "Xiaomo AI Camera" adlı yığcam kamerasını təqdim etmişdi.
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu yalnız indi satışa çıxarılıb və yekun qiyməti 399 yuan ($62) təşkil edir.
 
Xatırladaq ki, "Xiaomo AI Camera" intuitiv və intellektual kameradır, jest və insan mimikasının köməyi ilə çəkiliş prosesini idarə etməyə imkan verir.
 
Kamera istifadəçilərə onu istənilən metal səthdə yerləşdirməyə imkan verən maqnitlə təchiz edilib. Həmçinin tədarük dəstinə daxil olan xüsusi bərkidicinin köməyi ilə sözügedən kameranı istənilən divar, şüşə və ya hətta ağaca bərkitmək mümkündür.
 
"Small Silent AI Camera" avtomatik faza fokuslamasını dəstəkləyən 13 meqapiksellik "Samsung BSI" datçiki, 1,35 QHs takt tezlikli 4 nüvəli prosessor, 8 QB daxili yaddaş, "microSD" formatlı kart dəstəyi, 910 milliamper/saat tutumunda akkumulyatora malikdir. Cihazın ölçüləri 47x47x27 mm, çəkisi 65 qr-dır.
 
Kamera "Smart Beauty 3.0" texnologiyasını dəstəkləyir. Bu texnologiya  süni intellekt sistemi nöqteyi-nəzərindən sifəti daha yaraşıqlı etməyə imkan verir. Qurğu dərinin tonunu düzəldə və başqa çatışmazlıqları gizlədə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.