Maraqlı

Aston Martin-dən eksklüziv model - FOTO

23 İyun 2018 23:58
0 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın Aston Martin şirkəti məhdud V12 Vantage model üçün V600 adına yeni həyat verir. Üzərində Q by Aston Martin mütəxəssislərinin əməyi olan avtomobil cəmi 14 ədəd buraxılacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, səmi 7 ədəd kupe Aston Martin V12 Vantage V600 və 7 ədəd rodster Aston Martin V12 Vantage V600 Roadster-in istehsal ediləcəyi planlaşdırılıb. Qeyd edək ki, bu eksklüziv model Britaniya markasının 1998-ci ildə istehsal etdiyi ekstremal V8 Vantage V600 modelinə yeni həyat verəcək. O zaman bu model ən güclü idman avtomobili sayılırdı.

Yeni kupe və rodster Aston Martin V12 Vantage V600, həqiqətən, unikal avtomobildir. Belə ki, onlar əl ilə yığılıblar. Yeniliklər müasir dövrün idman avtomobilləri adına tam uyğundur və Aston Martin Vantage modelinin müasir variantıdır.

Bildirilib ki, kupe Aston Martin V12 Vantage V600 və rodster Aston Martin V12 Vantage V600 Roadster müştərilərin sifarişi ilə yığılıblar. Yeniliyin təqdimatında Aston Martin şirkətinin vitse-prezidenti və baş kreativ direktoru Marek Rayxman deyib ki, məhz bunun üçün biz Q by Aston Martin - Commission xidmətimizi yaratdıq. İndi bizim müştərilərimiz Aston Martin-in dizayner komandası ilə əməkdaşlıq edərək, həqiqətən, məxsusi idman avtomobilləri hazırlaya biləcəklər. V600 adı Aston Martin tarixində klassik olaraq qalır və mən fəxr edirəm ki, o, yenidən V12 Vantage V600-ün bəzəyi oldu.

Yeni model Aston Martin V12 Vantage V600 6,0-litrlik V12 mühərriki və 7-pilləli mexaniki sürət qutusu ilə birgə çalışır. Güclü mühərrik 600 a.g.-ə malikdir. Bundan əlavə, avtomobil adaptiv amortizatorları olan müstəqil asılqan ilə təchiz edilir.

Aston Martin V12 Vantage V600 modelinin dizaynı aqressiv üslubda hazırlanıb. Avtomobil uzun kapot, tünd radiator barmaqlığı, karbon lifindən yeni diffuzor və xüsusi dizaynı döymə təkər disləri alıb.

Hazırda Aston Martin şirkəti eksklüziv V12 Vantage V600 modelləri üçün sifarişlər qəbul edir. Çox güman ki, ilk avtomobillər cari ilin üçüncü rübündə müştərilərə çatdırılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.