Maraqlı

Elektrokrossover BMW iX3 - FOTO

23 İyun 2018 23:30
0 Şərh     Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pekin-2018 beynəlxalq avtosalonu elektrikli yolsuzluq avtomobili BMW Concept iX3 üçün dünya təqdimatı məkanı oldu. Elektrokarın seriyalı versiyası 2020-ci ildə debüt edəcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, güman edildiyi kimi, BMW Concept iX3-ün konsepti yeni nəsil BMW X3 modelinin modernləşdirilmiş versiyasıdır. Ekoloji təmiz avtomobil i Vision Dynamics konsepti tərzində bir sıra unikal üslub həlləri alıb.

Konseptual elektrikli yolsuzluq avtomobili BMW Concept iX3-ün eksteryer dizaynında göy aksentlər peyda olub ki, onları qabaq paneldə, yan ətəklərdə, o cümlədən arxa diffuzorda görmək olar.

Avtomobilin banı eksklüziv Moonstone Silver rəngindədir. Şirkətdən bildiriblər ki, elektrokarın dizaynındakı bəzi həllər aerodinamika nəzərə alınmaqla hazırlanıb. Bundan əlavə, prototip unikal təkər diskləri dəsti alıb.

Təqdim edilmiş konsept BMW Concept iX3 5-ci nəsil sistemlə qidalanır. O, 270 a.g.-ə malikdir. Avtomobilin təchizatına 70 kVt/saatlıq akkumulyator batareyası daxildir. Tam dolu vəziyyətdə 400 km məsafə qət edə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.