Maraqlı

Yeni Lexus ES Çində təqdim edilib - FOTO

24 İyun 2018 21:30
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pekin-2018 avtosalonu çərçivəsində yeni sedan Lexus ES-in debütü olub. O, 7-ci nəsildir. Avtomobil daha dəbli və müasir eksteryer dizaynı, o cümlədən çoxlu sayda innovativ həllər və F-Sport variasiyası alıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeni sedan Lexus ES-in rəsmi şəkilləri debütdən əvvəl peyda olmuşdu. Bu şəkillərdən görünürdü ki, avtomobilin eksteryerinin dizaynında LS və LC modellərinin üslub həllərindən istifadə edilib.

Şirkət avtomobilin dizaynını təxribatçı gözəllik adlandırırlar. Yapon markasının nümayəndələri bildiriblər ki, Lexus ES daim gözəl sedan olub. Biz yeni nəsil modelə dizayn elementləri əlavə etmişik ki, onlar ənənəvi müştərilərə çağırışdır.

Yeni dizayn sayəsində sedan Lexus ES daha füsunkar, aqressiv və idmansayağı alınıb. Avtomobilin qabaq hissəsində fantastik təsvirli yeni radiator barmaqlığı peyda olub. bundan əlavə, eksteryerin dizaynında xromdan istifadə edilib.

Sedan Lexus ES-in əsasında yeni Global Architecture-K platforması dayanır. O, yüksək dözümlü poladdan hazırlanıb. Bu, avtomobilin çəkisini sələfinə nisbətən yüngülləşdirməyə imkan verib. Buna baxmayaraq, sedanın banı daha sərt alınıb.

Məlumdur ki, yeni nəsil sedan Lexus ES 350 modifikasiyasında təklif ediləcək. Avtomobilin mühərrik hissəsində 3,5 V6 dayanır ki, o, 300 a.g. və 355 Nm fırlanma anına malikdir. Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Bundan əlavə, yeniliyi Lexus ES 300h modifikasiyasında da əldə etmək olar. Lakin hibrid barədə hələlik məlumat yoxdur.

Yeni sedan Lexus ES-in salonunda yeni dizayn görmək olar. Avtomobildə 12,3-düymlük monitoru olan informasiya-əyləncə sistemi də var. Mərkəzi tonneldə taçpəd var ki, onunla avtomobilin bir çox funksiyalarını idarə etmək olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.