Maraqlı

Mənə ara keçid növlərini göstər!

13 May 2018 21:10
0 Şərh     Baxış: 1 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir insandan əvvəlki növ harada bitər, harada bir insan başlayar, bunu fərqləndirmәk olmaz . İlk su mühitindә yaşan dörd ayaqlı heyvan hansı idi və hansı nöqtədə quruya keçid tamamlandı, bu da bilinmir. Onsuz da yanlış "ara növ" iddiasının mənşəyində yatan nöqtə bunun aydın olmamasıdır. Ara növ deyə bir anlayış Təkamül Biologiyasında yoxdur! Bu, Təkamül əleyhdarı olan insanların Təkamülə hücum etmək üçün və xəyalları daxilində canlandırdıqları yanlış Təkamül imicini nümayiş etmək üçün uydurduqları və daha sonra elm insanlarının onların bu iddialarına cavab vermək üçün onların dilindən danışmaları nəticəsində bu anlayışın elm dilinə yerləşməsiylə ortaya çıxan bir haldır. Təkamül Biologiyasında gördüyümüz elmi həqiqət isə budur: Əslində hər canlı, daha doğrusu hər populyasiya bir "ara növ"dür.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, yaradılışçılar fosil qeydlərini çox sevirlər, çünki bir-birlərinə tez-tez "fosillər arasında bir boşluq var" əzbərçiliyinin təkrar edilməsi məsləhət görülmüşdür. "Mənə "ara keçid növləri" göstər!" Bu "boşluqların" təkamülçülər üçün utanc olduğunun xəyalını qururlar. Əlimizdə təkamüllü tarixi göz önünə sərən saysız fosillər bir yana, əlimizdə fosil olduğu üçün belə şanslıyıq. Onsuz da tək bir fosil belə olmasaydı belə onlarsız da təkamülün xeyli dəqiq sübutları var. Fəqət fosillərdə boşluqlar var və yaradılışçılar bu boşluqlara xəstə bir sevgi bəsləyirlər.

İki canlı düşünək: A və C deyə adlandıraq. Bunlar arasında bir keçid növü axtarırıq (bunlar, bir-biriylə qohumluğu bilinən canlılar olsun, məsələn "Hominoidea"dən olan Homo habilis ilə günümüz müasir insanları Homo sapiens olsun). Minlərlə alimin fədakar səyləri və illərini xərcləmələri nəticəsində təkamül əleyhdarlarının sorğuladığı və alimlərin dә maraqlandıqları B "ara növü" (Homo erectus kimi) tapılmış olsun. Ancaq onlar, burada dayanmayacaqlar: A və B arasındakı vә B və C arasındakı keçidi də soruşacaqlar. Onlardan bir qisimini tapdığınızda yeni açılan boşluqlar soruşulmağa başlanacaq. Bu sonsuza qədər belə davam edəcək.

Təkamülə qarşı çox güclü bir dəlil ancaq yanlış coğrafi təbəqədә tapılmış bir fosil ola bilər. J.B.S.Haldaneyə təkamülə qarşı ən güclü dəlili soruşduqda " Kambri öncəsindən fosil dovşanlar! " cavabını vermişdi. Hələ ki belə bir "dovşan" tapılmayıb.Saxta fosillər xaricinə. Bәlkә dә "tapıldı". İddaya varsınız?

Dediyimiz kimi, Təkamül son dərəcə yavaş baş verir və 80 illik insan ömürü (və hətta hər hansı bir canlının ömürü) insanın (ya da o canlının) bu dəyişmələri qəbul etməsinə çatmayacaq qədər qısadır. Təkamül əleyhdarları xəyallarındakı yanlış Təkamül imicini davam etdirmək bilmək üçün "ara növ" anlayışını irəli sürmüşlər. Onlara görə hər iki canlı arasında bir ara növ olmalıdır. Məsələn bir ördək ilə bir timsah arasında, "örsah" ya da "timdək" kimi bir canlı olmalıdır. Bir aslanla bir insan arasında bir "aslsan", bir ayıyla bir dəvə arasında bir "ayəv", bir ördəkburunl ilə bir hippopotam arasında "ördburtam" olması lazım olduğu kimi sәhvlәrә yol verirlər.

Bu, açıq-aşkar bir axmaqlıq, insan zəkasına bir təhqir və elmə hörmətsizlikdir. Təkamülün heç bir zaman belə bir iddiası olmamışdır və olmayacaq. Növləşmə və təkamülləşmə çox yavaş reallaşan və hər yeni növün təməldə ata növlərə olduqca bənzədikləri bir şəkildə baş veir. Elmi bir termin olaraq "Fliogenetik ağac" anlayışını anlamayan fərdlər hər canlı arasında bir keçiş növü axtararlar. Bu yanılmanın təməl qaynağı təkamülü bir "zəncir" olaraq düşünməkdir. Hər canlının daha əvvəlkilərə bir zəncir kimi xətti bir şəkildə bağlandığı düşünülməkdədir, daha doğrusu təkamül əleyhdarları tərəfindən vəziyyət belə aydın izah edilmәkdә, belə önə sürülməkdədir. Bu doğru deyil. Təkamül, bir "ağac" şəklində təsvir edilir, növlər bir-biriylə bir "zəncir" şəklində deyil, bir "ağac" şəklində əlaqələndirilir. Çünki əldə olan hər növ ən nəhayət, müəyyən sayda fərdə sahib bir ya da daha çox populyasiyaları təmsil etməkdədir.

Bir-birindən müxtəlif maneələrlə və ya üsullarla ayrılan, ayrılma əvvəlində eyni növə aid olan fərdlər (və daha doğrusu fərd qrupları) ayrılmadan sonra məruz qaldıqları fərqli ekoloji faktorların təsiri altında fərqli istiqamətlərə doğru təkamülləşərək növləşirlər və artıq bir-birləriylə cütləşə bilməyəcək qədər fərqliləşdiklərində "təkamül keçirmiş" olurlar. Ancaq bu yoldakı hər atdıqları addım onsuz da təkamülün özüdür. Beləcə, növlərə aid populyasiyalar az əvvəl açıqladığımız ayrılmalardan ötəri zaman içərisində iki və ya daha çox növə ayrıldığından ötəri budaqlanan bir ağac fiquru şәklindә qarşımıza çıxır, bir zəncir deyil. Müəyyən populyasiyaların ayrılması nəticəsində davamlı budaqlanaraq genişlənən vә böyüyәn bir ağac...

Bu eynilə əlimizdə əskik bir ailə ağacımız varkən, ara pillələri sorğulamağa bənzəyir. Düşünün ki bir ailə çox əskik bir soy ağacına malikdir. Və yüzlərlə il sonra biz bunu tapırıq və sorğulayırıq. Bir nöqtədə bir uşağın atasının yazılmadığını amma babasının babasının babasının babasının qeyd edildiyini görürük. Aradakılara dair hələ əlimizdə bir şey yoxdur. İnsanlar bu aradakıları sorğulayırlar. Onlarla il səy göstərib uşağın babasının babasının məlumatlarını əldə bilirik. Həyəcanla qarşılanır bu görüş, ancaq elm düşmənləri elmlə maraqlanmadıqları və yalnız kor bir mübarizə aparmaq istədikləri üçün "Yaxşı amma uşağın babasının babasıyla uşaq arasındakı fərdlər haradadır?" deyə soruşurlar. Əlbəttə soruşub sorğulaya bilərlər, ancaq bu əskikliyi ("dəlilin yoxluğunu") gerçəyin rəddi üçün ("yoxluğun dəlili" olaraq) istifadə edərlərsə, o zaman səhvə yol verərlər. Bəli, o fərdlər əlbəttə vardır və o digər növlər arası keçidlər də əlbəttə var, ancaq qalıqlaşma o qədər çətin bir hadisədir ki (ya da yüzlərlə il əvvəlinə aid bir ailəni sorğulamaq o qədər çətindir ki), sadəcə "Eee, bəs ara keçid haradadır?" deyə soruşmağa bənzəməz. Hələ ki bundan yola çıxaraq gerçəkləri rədd etmək qəbul edilə bilməz. Əlbəttə uzun səylərlə, əgər həqiqətən bir yerlərdə bir dəlil varsa tapılacaq, ancaq gözümüzün önündəki gerçəkləri rədd etmək sırf aradakı bir neçə pillə yox deyə bütün elm sahəsini və hətta elmi rədd etməkdən çox daha axmaqcadır.

Bu insanların yanıldığı nöqtə qalıqlaşma qaydalarını bilməmələri və əslində təməldə təkamülü qəbul etmək istəməmələridir. Bəli, hər iki nöqtə arasında bir keçid növü vardır ancaq geologiyada istifadə edilən bu ümumiləşdirmə unudulmamalıdır:

Təxminən hər 1 milyon fərdi olan bir populyasiyanın statistik olaraq yalnız 1 fərdi qalıqlaşmaqdadır. Yəni keçmişdə yaşamış hər 1 milyon canlıdan statistik olaraq yalnız 1 dənəsi qalıqlaşa bilməkdədir. Qalıqlaşması yetməz, bizlərin ona çata bilməsi də lazımdır. Və ya qalıqlaşma da yetməz, qalıqlaşdıqdan sonra günümüzə qədər qorunaraq çata bilməlidir də. Bu faktorlar da hesaba qatıldığında bir qalıq tapıntının hələ ki spesifik olaraq istənən bir qalığı tapmanın riyazi çətinliyi və bəzən qeyri-mümkünlüyü aydın olacaq (müəyyən bir anlama qabiliyyəti üzərindəki fərdlər anlayacaq heç olmasa).

Qalıq tapmaq çətin və zəhmətli bir işdir. Oturulan yerdən "onunla bu arasındakı ara növ haradadır?" deyə soruşmaq asandır. Əhəmiyyətli olan, elmə qatqı təmin etməkdir. Qısaca olaraq vəziyyət belədir: Qalıq qeydləri bizə əsla hər bir pilləni göstərəcək qədər tapıntı təmin edə bilməzlər, çünki qalıqlaşma bu qədər sıx olan bir fakt deyil. Ancaq qalıqlar, bizə pilləli keçid içərisindən açar nöqtələr təqdim edə bilərlər. Bu eynilə uşaqkən etdiyimiz "nöqtələri birləşdirmə tapmacası" kimidir. Onlarla, yüzlərlə nöqtə vardır və bunlar "ara növ" deyilən anlayışlara uyğun gəlirlər. O nöqtələri araşdırar, düzülmələri arasındakı nizamı qəbul etməyə çalışar, sonra nöqtələri birləşdirərək ümumi bir portret çəkərik. Bu işi edərkən, heç bir zaman bilməcəni soruşan adam, jurnal ya da qəzet bizə iki nöqtə arasındakı digər nöqtələri verməz. Ancaq nöqtələrin ümumi naxışına baxaraq, əlimizdəki iki və ya daha çox nöqtə arasındakı xətti tapıb çəkə bilərik. "Ara növ" anlayışı, bu deməkdir. Və hər bir keçid növünü əskiksiz olaraq görməyi istəmək, bilməcəni soruşan adama "Bu qədər nöqtə kafi deyil, mənə aradakı bütün nöqtələri də ver." deməyə bənzər.

Ümumiləşdirsək: Heç bir canlının "ilk fərdindən" bəhs edilə bilməz, çünki təkamül çox yavaş inkişaf edər və o keçidi fərqləmdirmək mümkün olmaz. Ayrıca "ara növ" deyə bir anlayış elmi olaraq yoxdur, hər canlı, özündən bir əvvəlki və bir sonrakı növlər arasındakı bir keçid növüdür. Buna, günümüzdəki bütün müasir canlılar da daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.