Ford gözdən əlillər üçün yeni qurğu hazırlayıb - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ford" şirkəti gözdən əlil insanlara avtomobil pəncərəsinin arxasındakı mənzərəni hiss etməyə imkan verən qurğunun prototipini yaradıb. Texnologiya peyzaj konturlarını şüşəyə toxunmaqla hiss edilən vibrasiyaya çevirir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin Miçiqan filialı satışa çıxarılması nəzərdə tutulmayan "Feel the View" qurğusunun prototipini təqdim edib. Avtomobil pəncərəsinə bərkidilən kamera şüşənin arxasındakı mənzərənin fotoşəkilini çəkir. Sonra fotoşəkillər yüksəkkontrastlı monoxrom təsvirə çevrilir və xüsusi işıq diodlu indikatorlar vasitəsilə şüşədə göstərilir. İstifadəçi şüşəyə toxunmaqla müxtəlif gücə malik vibrasiya tərəfindən boz rəng çalarlarının ötürülməsini hiss edəcək.
Məlumata görə, "Ford" qurğunu İtaliyanın zəif görən insanlar üçün qurğularda ixtisaslaşan "Aedo" startapı ilə birgə hazırlayıb. Qurğu yaradıcılarının sözlərinə görə, texnologiyanın qabaqcıl olmasına baxmayaraq onun konsepsiyası çox sadədir. Təsvirlərin tanınması sistemi sərnişinlərə onlara dağın, meşənin və ya okeanın yanından keçməsini başa düşməyə imkan verir. "Mənzərəni görə bilməyən insanlar üçün onu hiss etməyə imkan verən yeni dil yaradılıb", - mütəxəssislər bildirib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
TikTok Azərbaycanda 570 min videonu sildi
-
Bakıda BMW körpüdən aşdı - (Foto)
-
Bakıda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)





