Maraqlı

Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə...

26 İyun 2019 23:55
2 Şərh     Baxış: 3 344

Bu işarələr nəzərə çarpmır, ancaq sevgiliniz, ya həyat yoldaşınız bu hərəkətlərlə həqiqətən ağlından nə keçdiyini oxumaq üçün sizə bir imkan vermiş olar. Milli.Az lent.az-a istinadən 8 hərəkətlə kişilərin anlatmaq istədiklərini təqdim edir.

Səni indi istəyirəm!

Bədən dili mütəxəssisi Trasi Brauna görə, kişilərin əllərini kəmərinə qoyması önəmli bir ipucudur. Bu, açıq cinsi işarədir - "Səni düşünürəm və səni indi istəyirəm!"

Buna əmin deyiləm

Birlikdə tətilə getmək istədiyinizi və bu haqda planınızı sevdiyinizə anlatdığınızda əllərini ağzına aparırsa, bu haqda əmin olmadığını və bir az düşüncəli olduğunu göstərir.

Həm də kişi əli ilə çənəsinə, ağzına toxunursa, deməli, nəsə gizlədir.

Bir az qısqandım

Həyat yoldaşınızla qələbəlik yığıncaqda iştirak edirsiz, oğlan dostunuz, ya tanışınızla deyib güləndə sevdiyiniz arxadan gəlib əli ilə çiyninizə toxunursa, "o, mənimdir, ona görə uzaqlaş", - deyə qarşı tərəfə işarə etmək istəyir.

Sənə aşiqəm

Siz qədəhinizi qaldırdığınız an o da qaldırır. Hərəkətləriniz eyni anda baş verir, sanki sizi təqlid edirmiş kimi olursa, bu, sizə aşiq olduğuna işarədir.

Mən həll edərəm

Bir başqa cütlüklə yeməyə çıxanda maliyyə məsələləri zamanı əlini əlinizin üzərinə qoyursa, ortamda önə keçmək istədiyinə işarədi.

Həm əgər bir görüşdə ən çox siz danışırsızsa, bu hərəkət "bir az da mən danışım" deməkdir.

Artıq gedə bilərik?

Ayaqlar bir insanın harda olmaq istədiyi ilə bağlı mühüm ipucları verir. Əgər bütün bədəni olmasa da, yenə meyli qapıya doğru yönəlibsə, demək getmək istəyir.

Doğrudan da sıxıldım

İtlər əsəbi, gərgin olduqlarında tükləri qalxar. İnsanlar isə işlərin gərginliyini hiss edəndə, sıxılanda boynuna iynə batırmş kimi bir şey hiss edirlər.

Əgər yoldaşınız tez-tez boynunun arxasına toxunursa, sıxıldığı və rahatlamağa ehtiyacı olduğunu bilin. 

Bunu onlara danışırsan?

Əgər kişi əllərini şalvarının ciblərində saxlayırsa, deməli, şəxsi hekayələrinizi dostlarınıza anlatmanızı istəmir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 27 İyun 00:2800

    İnsan 2 halda yanindakin qucaqlayir.. Bir heddinden artik sevinende yani her hansi bir arzusu heyata gecendə özünden ixtiyarsiz tez tez yanindakin yani heyat yoldasin,sevdiyin, nisanlisin qucaqlayir.2-cide hedden artiq sixintili, nedense narahat olanda,imdad, komek umanda, bir ümüd umandaaa yanindakin qucaqlayir tez tez.Bu heqiqetdi !

    Cavab yaz
  • Anonim
    user · 27 İyun 10:2511

    menim ellim xemise kəmərimdə ama istəmirəm yalan malumat

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.