Maraqlı

Dünyanın ən iri milçəyi tapıldı - FOTO

26 Aprel 2018 14:16
1 Şərh     Baxış: 2 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində dünyanın ən iri milçəyi tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Holorusa mikado cinsinə aid olan milçəyin qanadlarının uzunluğu 4 inçdən (1q santimetir) çoxdur.

Gövdəsinin uzunluğu 5 santimetir olan milçəyin ölçüsü digər milçəklərdən 10 dəfə böyükdür.

Milçək ötən il Çində, Qincheng dağında Qərbi Çin həşərat muzeyinin müdiri Zhao Li tərəfindən tapılıb. O, bir il ərzində araşdırma aparıb və tapdığı həşəratın dünyanın ən iri milçəyi olduğunu təsdiqləyib.

South China Morning Post-a açıqlama verən Zhao Li söyləyib:

"Bu milçəklər çox qorxunc görünür. Lakin onlar qanla qidalanmırlar".

O bildirib ki, gələn aydan bu milçək Qərbi Çin həşərat muzeyində nümayiş olunacaq.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.