Maraqlı

İrina Şeykin gözəllik sirləri bəlli oldu - FOTO

27 Aprel 2018 00:45
1 Şərh     Baxış: 4 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərin üz xətləri, dolğun dodaqları və yaşıl gözləri ilə bir çox kişinin ağlını başından çıxaran model İrina Şeykin gözəllik sirləri bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hazırda aktyor Bredli Kuperlə sevgili olan və ondan bir qız uşağı dünyaya gətirən 32 yaşlı model dəriyə qulluq və makiyaj sirlərini bölüşüb:

"Səhər oyananda üzümü içərisində çoxlu buz olan su ilə yuyuram. Bu, həmin dəqiqə dərimə təsir edərək onu daha canlı və parlaq edir. Əgər gecə çox gec yatıramsa və ya yorğunamsa, dərimə 10 dəqiqə buz qoyuram. Sonra üzümə nəmləndirici krem sürtürəm".

Gündəlik makiyaj etmədiyini deyən İrina bunları əlavə edib:

"İşim üçün makiyaj həyatımın ayrılmaz hissəsidir. Amma gündəlik həyatımda ondan uzaq gəzirəm. Düzdür, makiyajı sevirəm, buna baxmayaraq, ondan az və düzgün yararlanmaq lazımdır. Bəzən dərimdə hansısa qüsurları gizlətmək üçün qapadıcı kremlərdən və ənlikdən istifadə edirəm. Dodağıma isə əsasən şaftalı tonlarda olan dodaq boyası sürtməyi xoşlayıram. Onda dodağım daha dolğun görünür".

Şeyk eyni zamanda bacardığı qədər sağlam qidalandığını və idmanla məşğul olduğunu vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.