Maraqlı

Bu dövlətlər su altında qala bilər - FOTO

26 Aprel 2018 12:20
0 Şərh     Baxış: 4 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal miqyasda okeanlarda və dənizlərdə suyun səviyyəsinin qalxması artıq 2030-cü ildə Okeaniyada və Mikroneziyada cırtdan ada-dövlətlərin bəzilərini məhv edə bilər.

Milli.Az The Times-a istinadən bildirir ki, ekspertlər Marşall arxipelaqındakı Roy-Namyur adasında 2013-2015-ci illər arasında araşdırmalar aparıblar. Həmin atollda yeganə içməli su mənbəyi yağışdır.

Alimlərin dediklərinə görə, okeanda suyun səviyyəsinin qaxması nəticəsində əvvəlcə Marşall adalarında, sonra isə Seyşel və Maldiv arxipelaqlarında fəlakətli dəyişikliklər başlanacaq.

2030-cu ildə Seyşel və Maldiv adaları, ümümiyyətlə, su altında qala bilərlər.

ABŞ-ın Geologiya Xidmətinin (US Geological Survey, USGS) və Manoadakı Havay Universitetinin alimləri hesab edirlər ki, antropogen amillər nəticəsində qlobal iqlim dəyişiklikləri nəticəsində Hind və Sakit Okeanlardakı kiçik ada-dövlətlərin istisnasız olaraq hamısı ciddi problemlərlə qarşılaşacaqlar.

Bu isə əhalinin daha təhlükəsiz yerlərə köçürülməsi və yeni infrastrukturun yaradılması üçün çox böyük məbləğdə xərclərlə yanaşı, bir sıra adaların, ümumiyyətlə, məhv olması deməkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.