Maraqlı

Məşhur reper Trampı dəstəklədi, erməni arvadı qəzəbləndi - FOTO

26 Aprel 2018 11:05
0 Şərh     Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ildə prezident seçiləcəyəm. ABŞ prezidenti olan kimi ilk fərmanım "Air Force One" prezident təyyarəsinin adının "Yeezy Force One"a dəyişdirilməsi olacaq.

Milli.Az bildirir ki, dünyanın ən zəngin və ən məşhur reperlərindən biri, amerikalı Kanye Uest Twitter-də siyasi açıqlamalar seriyasını dərc edib.

O, 2016-cı ildə Donald Trampın prezident seçkilərində istifadə etdiyi "Make America Great Again" (MAGA) sloqanı yazılmış qırmızı rəngli beysbol papağının fotosunu da paylaşıb. Papaqda Trampın imzası var.

Maraqlıdır ki, Kanye Uest tvitində "prezident olacam" yox, "prezident olanda" yazıb.

"Yeezy" reperin təxəllüsü və yaratdığı paltar brendinin adıdır.

Habelə K.Uest ABŞ prezidenti qardaş adlandıraraq yazıb: "Kütlə məni Trampı sevməməyə vadar edə bilməz. Hər ikimizdə əjdaha enerjisi var. Bu, bizi şəxsiyyət edir. Müstəqil düşüncə hüququmuz var. O, mənim qardaşımdır".

ABŞ prezidenti Twitter-də Uestə minnətdarlıq edib: "Təşəkkür edirəm, Kanye! Bu, əladır".

Bu açıqlamalardan sonra reperin arvadı, ABŞ-ın ən məşhur realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra populyarlaşan erməni Kim Kardaşyan qəzəblənib.

Sabiq prezidentliyə namizəd Hillari Klintonun fanatı olan erməni K.Kardaşyan ərini "korafəhm davranmaqda və düşünülməmiş açıqlamalar"da suçlayıb.

Bundan sonra K.Uest yeni tvitində yazıb: "Mən heç də Trampın siyasətini tam bəyənmirəm".

Bir ara Twitter-dəki profilini bağlamış Kanye Uest bu sosial şəbəkəyə aprelin 13-də qayıdıb. O, köhnə tvitlərini silərək iqtibaslar və fotolar dərc etməyə başlayıb.

Reper The Holywood Reporter-ə verdiyi müsahibəsində bildirib ki, fəlsəfi məzmunlu "Break the Simulation" ("Simulyasiyanı sındır") adlı kitab yazır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.