Maraqlı

Əlil uşağı evinə aparıb təcavüz etdi - DƏHŞƏT

25 Aprel 2018 23:15
2 Şərh     Baxış: 6 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə mağazada satıcı işləyən kişi əlil uşağı evinə apararaq təcavüz etməyə çalışıb.

Milli.Az xəbər verir ki, hadisə Pirimehmet məhəlləsi adlanan ərazidə qeydə alınıb. 47 yaşlı. T.K-nın davranışlarından şübhələnən ətrafdakı qonşular onu evinə qədər izləyib.

Bir neçə dəqiqə gözlədikdən sonra evə girən şəxslər T.K.-nı yarıçılpaq vəziyyətdə görərək dərhal polisə xəbər veriblər. Polis gələnə qədər isə qonşular kişini döyməkdən betər hala salıblar.

Azyaşlını hadisə yerindən uzaqlaşdıran qonşular polisə ifadəsində T.K-nın uşağı aldadaraq evinə gətirdiyini və təcavüz etməyə cəhd etdiyini desələr də, 47 yaşlı T.K haqqında irəli sürülən ittihamları rədd edib.

Hadisə ilə bağlı araşdırma başladılıb. T.K həbs edilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.