Maraqlı

Soyuducunun içinə bir fincan qəhvə qoysanız...

19 May 2019 23:50
5 Şərh     Baxış: 2 645

Sağlamlıq baxımından soyuducunun təmiz olması vacibdir. Hər kəsə məlumdur ki, soyuducu təmizlənmədiyində içərisindən pis qoxular gəlməyə başlayır. Soyuducu rəflərinə bulaşmış yemək qalıqları bir müddət sonra bakteriya yaranmasına səbəb olur. Buna görə soyuducunu müntəzəm şəkildə təmizləmək gələcəkdə yarana biləcək pis qoxuların və sağlamlıq problemlərinin qarşısını almış olar. 

Milli.Az lent.az-a istinadən soyuducunu təmizləmək üçün 4 praktik addım təqdim edir.

Soyuducunu təmizləmədən əvvəl işlək vəziyyətdə olub-olmadığından əmin olun. Əgər soyuducunuzda donmuş buzlar varsa, buzların əriməsini gözləyin, sonra təmizliyə başlayın.

- Soyuducuda təmziləmək istədiyiniz hissəni sirkəli su ilə silə bilərsiniz. Bu, pis qoxuların və bakteriyaların qısa müddətdə yox olmasına kömək edəcək.

- Soyuducudakı çətin gedən ləkələri silmək üçün istifadə edəcəyiniz əskiyə sirkə və soda əlavə edə bilərsiniz.

- Gigiyenik qaydalara əməl etmək üçün soyuducunun içini və çölünü ayrı-ayrı parçalarla təmizləyin.

- Soyuducunu təmizlədikdən sonra içərisinə bir fincan qəhvə qoysanız, yarana biləcək pis qoxuların qarşısını ala bilərsiniz. 

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Teselli · 20 May 01:0210

    Icine qabda soda qoymaq da xeyir eliyir.sinamisam.qoxulari aparir.amma sag olsunlar sodani da yigisdirdilar satisdan.goresen hardan tapa bilerik

    Cavab yaz
    • Anonim
      Ssss · 20 May 10:5100

      Xanım bravoda var soda yıgışdıtmayıblar

      Cavab yaz
  • Anonim
    Deniz · 20 May 09:0820

    Limonu iki yere bolub qoymagda effekt verir

    Cavab yaz
  • Anonim
    User · 20 May 09:2810

    Erzaqlari yemekleri qapali qablarda saxlamaq lazimdir onda hec bir iy olmur.Birde nese dagilanda o saat silmek lazimdir.

    Cavab yaz
  • Anonim
    Micheal · 20 May 09:3710

    adi manqal komuru qoyun hec iy zad gelmir. Bir dene sey yazma heyatda o qedar cox sey var onları primer gotur 1 defa yaz hamsını

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.