Maraqlı

Problemli ət xallardan sadə vasitə ilə XİLAS OLUN

26 Aprel 2018 23:55
0 Şərh     Baxış: 17 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəridəki papillomalar xoşxassəli xırda şişlərdir. Belə növ şişlər ət xal olaraq da adlandırılır. Bu xallar tibbi deyil, kosmetik problem sayılır. Onları yox etmək isə bəzən problemə səbəb olur.
 
Mütəxəssislər ət xallardan qurtulmağın asan üsulunu açıqlayıblar.

Milli.Az medicina.az-a istinadən dəridəki xalları yox etmək üçün sözügedən sadə və ucuz üsulu təqdim edir:
 
Bu zaman sirkəni gün ərzində 3 dəfə pambığa batırıb papillomanı silmək lazımdır. Bir neçə gündən sonra bu xallar rəngini dəyişəcək. Bir ay tamam olmadan isə qopub düşəcək.

Prosesin təhlükəsizliyini təmin etmək üçün sirkənin üzərinə biraz su damcılatmaq tövsiyə edilir.
 
Nəzərinizə çatdıraq ki, ət xallarla mübarizədə ən faydalı xalq təbabəti üsulu məhz alma sirkəsi sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.