Maraqlı

Ötən rüb “YouTube”dan 8,3 milyon video silinib

26 Aprel 2018 08:46
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin sonuncu üç ayı ərzində "YouTube"dan 8,3 milyon video çarx silinib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, əksər video çarxlar ekstremizmi təbliğ edən, qadağan edilmiş kontentə malik və ya adi spam olublar.

"Google" əsas vurğunu ona edib ki, yüklənmədən dərhal sonra 6,7 milyon ədəd video çarx müəyyən edilib və kompüter sistemi tərəfindən blok edilib. Bu video çarxların 76 faizi ilk izləməyə qədər artıq silinib.

Bir il öncə "YouTube"dan şiddət və ekstremizmi təbliğ edən bütün video çarxların cəmi 8 faizini silə bilirdilər. Buna qədər isə onlar cəmi 10 dəfə izləmə toplaya bilirdilər. Bu il bu göstərici 50 faizə qədər artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.