Maraqlı

Həftə ərzində QLONASS-ın 2 peyki sıradan çıxıb

26 Aprel 2018 08:15
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir həftə ərzində Rusiyanın qlobal peyk naviqasiya sisteminin (QLONASS-M) ikinci peyki siqnal verməyi dayandırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 723 saylı kosmik aparat əlaqəyə çıxmır. Bundan əvvəl - aprelin 19-da isə 734 saylı aparat sıradan çıxmışdı. Hazırda orbitdə QLONASS-M sisteminin 22 ədəd peyki fəaliyyət göstərir. Qlobal əhatə üçün 24, Rusiya üçün isə 18 peyk tələb olunur.

Aprelin 19-da sıradan çıxmış peyki əvəz etmək üçün yayda yeni, 756 saylı peyk buraxılacağı açıqlanmışdı.

Bu sahəyə nəzarət edən baş nazirin müavini Dmitri Roqozin cari ildən etibarən QLONASS operatorunun dövlət maliyyələşdirilməsinin dayandırılacağını açıqlayıb. O bildirib ki, sistem artıq özü öz xərcini ödəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.