Maraqlı

Windows 10-da təhlükəli boşluq tapılıb

26 Aprel 2018 07:41
0 Şərh     Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google's Project Zero" şirkətinin təhlükəsizlik mütəxəssisləri "Windows 10 S" əməliyyat sistemində orta səviyyəli boşluq aşkar ediblər.
 
Mütəxəssislərin sözlərinə görə, sistemdə aşkar edilmiş boşluq cinayətkarlara əməliyyat sisteminə müdaxilə üçün istənilən kodu icra etməyə imkan verir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Project Zero" şirkətinin əməkdaşları hələ cari ilin yanvarında boşluq haqda məlumatı "Microsoft" şirkətinə göndəriblər. Proqram nəhəngi sistemdə aşkar edilmiş boşluğu aradan qaldıracağına dair söz vermişdi, ancaq 3 ay sonra sözügedən boşluq hələ də mövcuddur, buna görə mütəxəssislər internetdə bu haqda məlumat dərc ediblər.
 
"Google" şirkətinin mütəxəssisləri izah ediblər ki, hakerlər kompüterə müdaxilə üçün "Windows 10 S" sistemi ilə işləyən kompüterə fiziki giriş əldə etməlidirlər, buna görə adi "Windows 10" istifadəçilərinin narahatçılığına səbəb yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.