Maraqlı

Bill Qeyts yeni yatırım etdi

26 Aprel 2018 07:11
0 Şərh     Baxış: 1 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yer kürəsinin fasiləsiz videomüşahidəsini həyata keçirən peyk sistemi yaratmaq istəyən "EarthNow" şirkəti öz layihəsini reallaşdırmaq üçün böyük məbləğdə investisiya cəlbi haqda məlumat verib. "Microsoft"un həmtəsisçisi Bill Qeyts, "Airbus" şirkəti və Yaponiyanın "SoftBank" şirkəti bu ideyanı dəstəkləyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "EarthNow" şirkəti planetin səthinin "canlı və filtrasiya edilməmiş" təsvirini yayımlaya biləcək peyklər toplusunu orbitə çıxartmaq niyyətindədir. Proqramçıların Yer kürəsinin istənilən nöqtəsinin kadrlarını öz proqramlarına tətbiq edə biləcəyi, smartfon sahiblərinin isə real vaxt rejimində bu kadrları müşahidə etmək imkanına yiyələnəcəyi gözlənilir.
 
Bundan başqa, peyklər vasitəsilə əldə edilmiş təsvir heyvanların miqrasiya yollarının öyrənilməsinə, meşə yanğınlarının monitorinqinə və brakonyerliklə bağlı qanunsuz fəaliyyətin qarşısının alınmasına kömək edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.