Maraqlı

Dünyanı real zamanda izləmək üçün orbital şəbəkə yaradılır

25 Aprel 2018 22:41
0 Şərh     Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"EarthNow" şirkəti orbitdən dünyanın istənilən nöqtəsinin şəklini çəkmək və saniyələr ərzində onun videosunu təqdim etmək imkanına malik olacaq. Planetin hər yerində real zamanda nə baş verdiyini faktiki izləmək mümkün olacaq.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, vəsaitlər real zamanda Yer kürəsini müşahidə etmək üçün innovativ və unikal xidmət təminatı üzrə sistemin layihəsinin təkmilləşdirilməsinə yönəldilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qreq Vaylerin "OneWeb" şirkəti artıq siqnalın ötürülməsi zamanı son dərəcə aşağı ləngiməyə malik peykləri kosmosa buraxıb. Onun hədəfi isə artıq 2020-ci ilə genişzolaqlı formatda peyklərin tam şəbəkəsinin yaradılmasıdır. "EarthNow" şirkəti "OneWeb"in texnologiyasının təkmilləşdirilmiş versiyasından istifadə edəcək.

Ekspertlərin qiymətləndirməsinə əsasən, sistemin ümumi dəyəri təxminən bir milyard dollar təşkil edəcək. Şirkətin əsas məqsədi öz xidmətlərini dövlətlərə və əyləncə xidmətləri sahəsində ixtisaslaşan şirkətlərə təqdim etməkdir.

Şirkət, həmçinin sistemin digər imkanlarını da nəzərdən keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.