Maraqlı

Dubayda əkiz vəkil sərxoşluqda, əxlaqsızlıqda suçlanır - FOTO

25 Aprel 2018 12:29
0 Şərh     Baxış: 3 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində fəaliyyət göstərən "Al Safar & Partners" hüquq şirkətinin həbs olunmuş iki vəkilinin məhkəmə prosesi başlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, əkiz bacılar, 37 yaşlı  Alena və Saşa Parkerlər polis əməkdaşına müqavimətdə, polisi təhqir etməkdə, əxlaqsızlıqda və sərxoşluqda suçlanırlar.

Bundan başqa, onlar Dubayın Əl Bəşra səmtində içəndən sonra sərxoş vəziyyətdə "ərəb qadınlar küçə adamlarıdır" söyləməkdə də ittiham olunurlar.

Bacılar onlara qarşı irəli sürülmüş ittihamları rədd edirlər.

Prokurların səsləndirdikləri ittihamlar məhkəmədə təsdiqlənərsə, bacıları 3 il həbs cəzası gözləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.