Maraqlı

Hamını və hər şeyi unutdu, amma xanımını unutmadı - Kövrək kadrlar - VİDEO - FOTO

25 Aprel 2018 13:01
8 Şərh     Baxış: 3 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onu unuda bilmirəm. Vəfat edib, məni tərk edib, amma yanımdadır.

İngiltərənin Nottingem Universitetinin nəzdindəki hospitalda müalicə olunan Rey Mitçell demensiya xəstəsidir. Bu xəstəliyə tutulanların hafizəsi korlanır, onlar ən elementar nəsnələri belə unudurlar. Demensiya xəstələri əksər hallarda ailə üzvlərini belə tanımır, adlarını yadından çıxarırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 93 yaşlı Rey Mitçell hamını və hər şeyi unudub, hətta harada yaşadığını, neçə yaşı olduğunu bilmir, övladlarını, nəvələrini tanımır.

Amma o, səkkiz il öncə vəfat etmiş mərhum xanımını unuda bilmir.

BBC 2 telekanalının proqramının çəkiliş qrupu hospitalda olarkən ahıl Rey çarpayısında oturaraq xanımının fotosunu əlində tutub, ağlayaraq deyib: "Həyatımın çox anlarını unutmuşam. Amma onu unudan deyiləm. Onu həmişə sevmişəm, indi də sevirəm. Onunla evləndiyim üçün bəxtəvərəm. Qəmliyəm. O yoxdursa, həyat nəyə gərəkdr?! O yoxdursa, mən niyə yaşayıram".

Rey Mitçellin qızı Culiyanın dediyinə görə, atası hətta onu da tanımır, amma anasından söz düşəndə ən xırda təfərrüatları belə, yada salır, elə hey mərhum xanımından danışır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hamını və hər şeyi unutdu, amma xanımını unutmadı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.