Maraqlı

Rusiya dünyanın ən dəhşətli silahını hazırlayıb: qitəni yox edə bilər - VİDEO - FOTO

25 Aprel 2018 11:44
3 Şərh     Baxış: 7 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya yeni, dünyanın ən məşum və ən güclü sayılan nüvə silahını hazırlayıb. Sualtı qayıqlardakı pilotsuz qurğularda yerləşdiriləcək bu silah sahilyanı şəhərləri məhv edərək qitələri viran qoymaq gücündədir.

Milli.Az Business Insider-ə istinadən bildirir ki, NATO ekspertlərinin "Kanyon" adlandırdıqları "Status-6" adlı sualtı kompleks 20-50 meqaton gücündə nüvə başlığı daşıya bilər.

Bu başlıq hər hansı ölkənin sahillərinin yaxınlığında partladılarsa, 2011-ci ilin mart ayında Yaponiyadakı zəlzələnin yaratdığı sunami kimi güclü, dalğasının hündürlüyü ən azı 35 metr olacaq sunami yarada bilər.

"Status-6" kompleksindəki torpedonun su altında partlaması minlərlə ton şüalanmış, radioaktiv dəniz suyunu səmaya qaldıraraq hədəfə alınmış məkandakı şüalanma yerində radioaktiv yağış yarada bilər.

Məsələn, partlayış ABŞ-ın San-Dieqo və ya Los-Anceles şəhərlərinin sahilləri yaxınlığında olarsa, radioaktiv yanğınların yaratdığı bəlalar okean küləyi sayəsində daha da artar.

"Status-6" kompleksi 100 meqaton gücündə nüvə başlığı da daşıya bilər. Bu isə qitəni viran qoyacaq dəhşətli gücdür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiya dünyanın ən dəhşətli silahını hazırlayıb

Россия испытала подводный беспилотник "Статус-6"

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.