Maraqlı

Almaniyada qalmaqal: Bin Ladenin cangüdəni dövlətdən müavinət alır

24 Aprel 2018 22:06
0 Şərh     Baxış: 1 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Qaidə" qruplaşmasının keçmiş lideri Bin Ladenin cangüdəni olmuş əslən tunisli Sami A. 1997-ci ildən bəri Almaniya hökumətindən müavinət alır.

Milli.Az oxu.az-a istinadən bildirir ki,qatı-sağçı "Almaniya naminə alternativ" partiyasının həmin şəxslə bağlı hökumətə sorğu göndərməsindən sonra, məsələ ölkədə geniş rezonans doğurub.

Almaniya hökuməti Sami A. adlı şəxsin aya 1,168 avro məbləğində dövlət müavinəti aldığını təsdiqləyib.

Almaniya mətbuatında həmin şəxsin təhlükəsizliyi məqsədi ilə soyadı və atasının adı gizli saxlanılıb.

Sami.A ekstrimistlərlə heç bir əlaqəsinin olmadığını bildirir. O, hələ 11 sentyabr teraktından əvvəl Bin Laden mühafizə dəstəsindən ayrılıb. Tunisdə xüsusi xidmət orqanlarının ona işgəncələr verəcəyindən qorxduğundan hökumətdən sığınacaq istəyib və ölkəsinə deportasiya edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.