Maraqlı

6G texnologiyası üzərində işlər başlayıb

25 Aprel 2018 05:30
0 Şərh     Baxış: 3 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın Oulu Universiteti 6G texnologiyası üzərində işlərə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, universitet rəhbərliyi altıncı nəsil şəbəkəsindən istifadə perspektivlərinin öyrənilməsi üçün nəzərdə tutulmuş "6Genesis" tədqiqat proqramının maliyyələşdirilməsini elan edib. Tədqiqatın rəhbəri bildirib ki, 2030-cu ilədək 6G texnologiyasının istifadəyə verilməsi gözlənilir. Mütəxəssislərin fikrincə, 2030-cu ilədək bizi əlavə reallıq və süni intellekt texnologiyaları əhatə edəcək. İnterfeys smartfonlarda deyil, birbaşa əlimizdə holoqram şəklində əks olunacaq. İstifadəçinin sağlamlığının izlənilməsinə daha çox diqqət yetiriləcək. Qabaqcıl texnologiyaların köməyi ilə sakinlərin rahatlığı və təhlükəsizliyi təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.