Maraqlı

"Xanımınız doğarkən onu izləyin - ona heyranlığınız artacaq" - FOTO

23 Aprel 2018 23:03
2 Şərh     Baxış: 2 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Rock" ("Qaya") kimi tanınan məşhur aktyor Dwayne Johnson-un ( Dveyn Conson ) üçüncü övladı dünyaya gəlib.

Milli.Az bildirir ki, məşhur aktyor, rejissor və keçmiş professional güləşçi Dveyn bu məlumatı şəxsi Instagram səhifəsində verib.

O, dünyaya gələn qızının adının Tiana Gia olduğunu açıqlayıb və xanımına təşəkkür edib.

45 yaşlı aktyor sevincini kövrək paylaşımla izləyiciləri ilə bölüşüb. Onun yeni doğulan körpəsi ilə çəkilən şəklinə 2 milyondan çox "like" gəlib.

"Həyatınızı dəyişdirən anlardan biri də övladınızın dünyaya gəlməsini izləməkdir. Bunu edin. Bu həyatınızı dəyişəcək və qadınınıza hörmət və heyranlığınızı artıracaq və bu hissi sonsuz edəcək".

Qeyd edək ki, aktyorun Tianadan başqa 2 qızı da var.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.