Maraqlı

Gündə bir dəfə için və nəticəni görün

23 Aprel 2018 22:52
0 Şərh     Baxış: 8 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Limonun içdiyimiz adı suya əlavə edilməsinin nə qədər faydalı olduğunu yəqin ki, çox adam bilmir.

Milli.Az axşam.az-a istinadən limonlu suyun faydalarını təqdim edir:
1. Gündə bir dəfə limon sıxılan su içmək azı 100 kalori yandırır. Üstəlik onun tərkibindəki birləşmələr sizi gün ərzində daha tox saxlayacaq. Bu isə uzun müddətli çəki itirməyinizi təmin edəcək.

2. Limon kaliumla boldur. Kaliumun ürək damar sisteminə faydası ilə əvəzsizdir. O, həm də təzyiqi tənzimləyir.

3. Limon soyuqdəymənin qarşısını alır, immun sistemini gücləndirir. Antiseptik özləlliyi sayəsində burun-boğazdakı şişkinliyi də aradan qaldırır.

4. Gündəlik rasionunuzdakı qidalarda gündəlik dəmir ehtiyacınız yoxdursa, onu limonla bərpa edə bilərsiz.

5. Ağzından pis qoxu gəlirsə, limonlu su ilə hər gün qarqara etmək sizin nəfəsinizi təravətləndirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.